Avtomobil nömrəsi satmaq adı ilə dələduzluq edən polisin cəzası nə oldu?

30-01-2019, 08:33           
Avtomobil nömrəsi satmaq adı ilə dələduzluq edən polisin cəzası nə oldu?
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən sabiq polis əməkdaşı Sərxan Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə S. Sadıqov 4 il 6 ay azadlıqdan məhrum edilib.

S.Sadıqov Daxili İşlər Nazirliyinin Metroda Polis Şöbəsinin əməkdaşı vəzifəsində çalışıb. O, Sədrəddin Kərimov və Xəyyam Səfərzadəyə avtomobil dövlət qeydiyyat nişanı alacağı vədi versə də, sonradan vədinə əməl etməyib. Ümumilikdə həmin şəxslərə 17 min manata yaxın ziyan dəyib. Zərərçəkmişlərin şikayəti əsasında saxlanılan S.Sadıqovun barəsində Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvətə təhrik etmə), 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.