Amerikadakı Azərbaycan qəbirstanlığı – Fotolar

7-04-2019, 10:21           
Amerikada vəfat edən azərbaycanlıların ayrıca qəbirstanlığı var.Amerikadakı Azərbaycan qəbirstanlığı – Fotolar

“Yeni Sabah” xəbər verir ki, bu haqda iqtisadçı alim Qubad İbadoğlu məlumat və fotolar paylaşıb. O, bildirib ki, “gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı” olsa da onlara bu qismət olmayıb.

Q. İbadoğlu qeyd edib ki, ABŞ-ın Nyu Cersi ştatının Paramus şəhərinin Corc Vaşinqton Memorial Parkındakı qəbirstanlıqda yerləşən müsəlman məzarlığı 1972-ci ildə burda yaşayan azərbaycanlılar tərəfindən yaradılıb. O zaman ABŞ Azərbaycanlıları bu məqsədlə mövcud qəbirstanlıqdan təqribən 50 məzarlıq torpaq alıblar. Bu torpaqda uyuyanlar arasında Azərbaycanın əksər bölgələrini (Bakı, Naxçıvan, Gəncə, Qarabağ, Sabirabad və sairə) təmsil edənləri görmək olur. Burda həmçinin türklər və qaraçaylar da dəfn olunub.

“Diqqətdən kənarda qalan qəriblər məzarlığındakı bəzi qəbirlər itmək üzrədir. Qəbirstanlıqda həqiqətən də görüləsi işlər çoxdur, burda ən azından məzarlığın Azərbaycanılara aid olmasını təsbit edən lövhə yerləşdirilərsə, eləcə də Azərbaycanın bayrağı dalğalanarsa bundan qəbirstanlıqda uyuyan cümhuriyyətçilər və onların ailələrinin də ruhu şad olardı. Tomris Azəri ilə bərabər buranı tezliklə təkrar ziyarət edib, bəzi abadlıq işləri aparmağı qərarlaşdırdıq”.

Q. İbadoğlu qeyd edib ki, bura həm də Azərbaycan tarixinin müqəddəs bir parçası olduğundan tarixçi alimlərin bura gəlib araşdırma aparmasına da ehtiyac var.

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.