İŞİD lideri Bağdadinin "beşinci" ölümü - TRAMP NƏ ÜÇÜN BU "BÖYÜK QƏLƏBƏ"Nİ UYDURMAQ MƏCBURİYYƏTİNDƏ İDİ... / Təhlil

29-10-2019, 01:04           
İŞİD lideri Bağdadinin "beşinci" ölümü - TRAMP NƏ ÜÇÜN BU "BÖYÜK QƏLƏBƏ"Nİ UYDURMAQ MƏCBURİYYƏTİNDƏ İDİ... / Təhlil
бдель Бари Атван
(عبد الباري عطوان),
"Rai Al Youm", İnosmi.ru

Donald Trampı İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin ABŞ xüsusi təyinatlılarının İdlibin şimalındakı Barış bölgəsində əməliyyatı sırasında öldürüldüynü elan etdiyi bir mətbuat konfransında görəndə, onun bu qədər istedadlı bir "aktyor" olduğunu bilmirdik. Amerika prezidenti qürurla "böyük qələbə"ni elan etdi, sanki Sovet İttifaqı üzərində qələbə çalınmışdı.
Yeri gəlmişkən, istisna deyil ki, onun bütün jestləri və üz ifadələri əvvəlcədən planlaşdırılıb və üzərində dəfələrlə məşq edilib.
ABŞ prezidentinin sözlərinə görə, əməliyyat zamanı əl-Bağdadinin həyat yoldaşı və üç oğlu onlar üçün xüsusi qazılmış yeraltı sığınacaqda gizləniblər. Onlar ABŞ xüsusi təyinatlıları tərəfindən ələ keçməmək üçün partlayıcı kəmərlərin köməyi ilə intihar ediblər.
Bəlkə də bu məlumat etibarlıdır, bəlkə də yox. Bununla bağlı böyük şübhələrimiz var, bu şübhələlri yalnız foto və video-görüntü yox edə bilər.
ABŞ liderinin əməliyyata dəstək verdiyi üçün təşəkkür etdiyi ruslar iştiraklarını təkzib etdilər və terrorçu liderin ölümünə şübhə etdiklərini bildirdilər. Suriyalılar da Trampın təşəkkürünü alan ölkələrin siyahısında idi, bu da onları çox təccübləndirdi. Çünki əl-Bağdadinin öldürüldüyü ərazi Suriya ordusunun nəzarət bölgəsindən kənarda idi. Onun lideri Cebhat al-Nusra İŞİD yaraqlıları tərəfindən idarə olunur. Bəlkə də Amerika prezidenti rejimi müxalifətlə səhv salmışdı ki, bu da təəccüblü deyildi.
Tramp peşəkar yalançıdır, verdiyi açıqlamalar və tvitlərin çoxunda yalan var. İstisna deyil ki, o, bu tamaşanı Əl-Qaidə liderinin oğlu Xamza bin Ladenin ölümü hadisəsindəki kimi, ifadəsini təsdiqləyən heç bir sübut və ya fotoşəkil olmadan oynadı. Diqqəti Suriyakı uğursuzluğundan yayındırmaq və seçki kampaniyasındakı rəqiblərə qarşı "qəhrəman" kimi görünmək istədiyindən, hər hansı bir “qələbənin” ardınca qaçır.

ABŞ hərbçiləri Səddam Hüseynin iki oğlunu - Uday və Qusayı öldürdükləri zaman, cəsədlərini fotoqraflara və televiziyaya sübut kimi göstərdilər, həmçinin saxta məhkəmədən sonra atalarının edam edildiyi videoları göstərdilər. Mərhum Liviya lideri Müəmmər Qəddafinin cəsədini, əleyhdarları sevinsin deyə, tərəvəz soyuducusuna yerləşdirdilər və iylənənənə kimi orada saxladılar. Bəs niyə bu qədər misli görünməmiş qalmaqala səbəb olan üç şəxsin, yəni Osama bin Laden, oğlu və varisi Həmzə və nəhayət Əbu Bəkr əl-Bağdadinin aradan qaldırılması barədə dəlil təqdim etmirlər? Bu davranışın sirri nədir?
Maraqlıdır, Obama və Tramp administrasiyası, Buş administrasiyasından fərqli olaraq, Usama bin Laden və oğlu Həmzənin cəsədlərinin taleyi ilə bağlı da heç bir söz demədi. Və indi Əbu Bəkr əl-Bağdadinin cəsədinin harada olduğu məlum deyil. Ölümlərini təsdiqləyən fotoları görmədik və harada basdırıldığını bilmirik. Yəqin ki, Amerika hakimiyyəti öz vətəndaşlarından və ümumiyyətlə bütün dünyadan bir şey gizlətmək istəyir. Şübhəsiz ki, bu vəziyyətdə bütün həqiqətləri tapmaq üçün on illər çəkə bilər.
Əbu Bəkr əl-Bağdadinin qondarma "ölümünün" İŞİD-ə çox təsir edəcəyinə inanmırıq. Fikrimizcə, bu şəxs tışkilatın fəaliyyətinə nəzarət edən rəhbər deyildi. Əksinə, bir növ fasad və ya simvol idi. Ən azından, 7 milyon əhalisi və 240 min kvadratkilometr ərazisi olan "dövlətə" rəhbərlik etdiyi vaxt bu belə idi. Bu "dövlət" in dağılması, Suriyanın Raqqa bölgəsindəki ilk paytaxtının, ikincisinin İraqda Mosulda dağıdılması, döyüşçülərinin çoxunun qaçması və 13 min nəfərin tutulması ilə nə dəyişdi?
Əl-Bağdadidə ilk müəllimi Bin Ladenin xarizmasının dörddə biri belə yox idi. İki ildə o, yalnız iki videoda göründü. Birincisində 2014-cü ildə Mosuldakı Ən-Nuri məscidində xilafəti elan etdi, ikincisində isə 29 apreldə İŞİD üzvlərini dövlətin süqutundan sonra mübarizəni davam etdirməyə və amerikalılardan və müttəfiqlərindən qisas almağa çağırdı.
ABŞ-ın keçmiş rəsmi açıqlamalarına görə, əl-Bağdadi dörd dəfə "öldürüldü" və indi beşinci dəfə "öldü". Buna görə də biz "Hollivud" filminin həqiqiliyinə şübhə edən rusların tərəfində qalırıq. Hansı ki, ruslar keçmişdə əl-Bağdadinin ölümünü də şübhə altına aldılar.
Onun son “ölümü” “İslam Dövləti” nin tarixinə son qoymayacaq. Xatırladaq ki, Əl-Qaidənin süqutu daha iki qəddar qrupun - Cəbhət ən-Nusra və İŞİD-ın yaranmasına səbəb oldu. İrəlidə Suriyada, Yəməndə, Əfqanıstanda və Liviyada hələ də mövcud olan "inkubatorların" sayəsində önümüzdəki aylarda və illərdə bunun təkrarlanacağını da istisna etmirik.
Terrorçunun ölümü təsdiqlənərsə, əl-Bağdadinin ardıcıllarından dərhal bir neçə bölgədə, xüsusən də Qərbdə qisas alacağını gözləyirik. Bu ardıcılların gözündə əfsanə bir şey ola bilər. Çünki Trampın versiyasına görə, onun arvadları və üç uşağı ABŞ hərbçilərinin əlinə düşməmək üçün intihar etdi.
Yeri gəlmişkən, rəqəmsal "Xilafət İslam Dövləti" kitabım üzərində işləyərkən "İslam Dövləti"nin davamçılarından biri ilə görüşdüm. Məndən xahiş etdi ki, "o şəhid olana qədər" adını çəkməyim. Əl-Bağdadinin ölümünə bin Ladenin ölümündə olduğu kimi, reaksiyasının nə ola biləcəyini soruşduğumda, bir anlıq sükutdan sonra cavab verdi: “Liderin ölümünə görə qisas qorxulu olacaq və dövlət bununla məhv olmayacaq, yıxılmayacaq, öz küllərindən qalxacaq və daha güclü, qəddar olacaq. Dövlət çoxsaylı əhalinin yükündən xilas olduqca daha azad olur”.

ABŞ kürdləri neftlə zəngin bölgələrdə “mühafizəçi” kimi saxlaya bilsə, əslində İŞİD-in bölgədəki rolu indilik bitmiş kimi görünür. Türkiyənin dirənişi ilə “qondarma kürd dövlətinin qandan ətə dönməsı” mərhələsi tormozlandı, lakin gələcəkdə ABŞ-ın yenidən bunu başladıb-başlatmayacağı məlum deyil.
Bundan başqa, ABŞ və Qərb dövlətlərinin (sıra arta da bilər) özlərnə təhlükə saydığı islam inancına sahib insan kütləsini bu çaxnaşma və münaqişələrdə qarışıq şəraitdə şübhəli, nə olduğu bilinməyən təşkilatlara cəlb edib, onlardan istifadə edərək, bölgənin inkişafına imkan verməmək, vəziyyəti daha da fəlakətli duruma gətirmək üçün eyni bölgənin insanını qarşı-qarşıya gətirərək, qan ocağı yaratmaqda davam etməkdən geri çəkiləcəyini düşünmək sadəlövhlük olardı.
"İslam Dövləti"nin taleyi ilə bağlı bu peyğəmbərlik nə qədər doğrudur və bu təşkilat beşinci dəfə liderinin "ölümü"ndən sonra küldən qalxacaqmı? Bir çoxlarının fikirləşdiyi kimi, Vaşinqton bu təşkilatı yaratmaqda və sonra ləğv etməkdə ittiham ediləcəkmi?
Öldürülmüş İŞİD-çilərin övladlarının və həbsxanalarda olan İŞİD-çi məhkumların taleyi necə olacaq? Avropaya uzanan qul və insan orqanları tacirlərinin qurbanımı olacaq? İŞİD qrupunun azadlığa qovuşan üzvləri “liderlərinin intiqamını” almağa çalışsalar və bunu bəhanə edib müsəlmanlara qarşı “yeni səlib yürüşü” təşkil etmək üçün “qondarma əsas” verərsə, BU BÖLGƏ QAN OCAĞI OLMAQDAN QURTULA BİLƏCƏKMİ?
Tərcümə etdi: Ülviyyə ŞÜKÜROVA,
Muxalifet.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.