27 yaşlı qadın gözətçinin məhkumla yaşadığı eşq onun başına bəla olub - FOTOLAR

26-11-2019, 21:19           
27 yaşlı qadın gözətçinin məhkumla yaşadığı eşq onun başına bəla olub - FOTOLAR
27 yaşlı qadın gözətçinin oğurluğa görə həbs edilmiş məhkum ilə münasibətdə olması qalmaqala səbəb olub.

Musavat.com xəbər verir ki, hadisə İngiltərənin ən böyük həbsxanasında baş verib.

Bervin həbsxanasında işləyən Ayşea Luiza Qann adlı qadın 2017-ci ildən işə başlayıb. Onun Xuram Razaq adlı məhkum ilə münasibətdə olması, onların eşq yaşaması həbsxana qayda-qanunlarına zidd olub.

Məhkum ilə qadın gözətçi arasındakı münasibət 2018-ci ilin iyul ayının 31-də başlayıb. Lakin onların cəmi dörd ay çəkən münasibətləri noyabrın 20-də bitib.

27 yaşlı qadın bu hərəkətinə görə məhkəmə qarşısına çıxarılıb. O, vəzifəsindən sui-istifadə etməkdə günahlandırılır. Məhkəməyə qara şalvar, qara köynək və qara pencək geyinərək gələn Ayşea Luiza Qann diqqət çəkib. 5 dəqiqəlik məhkəmədə ona yalnız adını, doğum tarixini və yaşadığı ünvanı təsdiqləmək üçün söz haqqı verilib.

27 yaşlı qadın gözətçinin yaşadıqlarından dolayı yorğun və baxımsız olması da diqqət çəkib. Onun məhkumla həbsxanada tam olaraq necə bir münasibət yaşadığı isə tam dəqiqləşməyib. Keçirilən son məhkəmə növbəti dəfə dekabr ayının 23-ə təxirə salınıb.

Sözügedən məsələ İngiltərə mətbuatında böyük skandala səbəb olub.

Qeyd edək ki, 27 yaşlı qadının da işlədiyi Bervin həbsxanası “Super həbsxana” kimi bilinsə də mətbuatda tez-tez gündəmə gəlir. Həbsxana 28 fevral 2017-ci ildə açılıb.

Turan Oruc
Musavat.com

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.