79 yaşlı Ziyad Səmədzadə yenidən deputat olmaq istəyir

23-12-2019, 18:03           
79 yaşlı Ziyad Səmədzadə yenidən deputat olmaq istəyir
Milli Məclisin ağsaqqal deputatlarından sayılan Ziyad Səmədzadə parlament seçkilərində iştirak edəcək.
Teref.az xəbər verir ki, deputat bunun bağlı Modern.az-a danışmaq istəməsə də, onun yaxınları məlumatı təsdiqləyiblər.
Onun namizədliyini irəli sürəcəyi dairənin də dəyişməz qaldığını vurğulanıb:
“Həmişəki qaydada 23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizədliyini sürəcək. O, yenidən deputat seçiləcəyi təqdirdə göstərilən etimadı doğrultmağa çalışaca”.
Qeyd edək ki, akademik Ziyad Səmədzadə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədridir, 2005-ci ildən deputat kimi fəaliyyət göstərir.
Məlumat üçün xatırladaq ki, Ziyad Səmədzadə 1940-cı ilin iyun ayının 25-də Bakı şəhərinin Buzovna kəndində anadan olmuşdur. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin iqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1962-1965-ci illərdə SSRİ Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun aspiranturasında təhsil almış və elə həmin institutda namizədlik dissertasiyası müdafiə etmişdir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.