“Xərçəng yoluxucu ola bilər” - İnanılmaz iddia
3-02-2020, 00:00
Kanada İnkişaf Tədqiqatları İnstitutunun (CİFAR) bir qrup alimi onkoloji xəstəliklərin insandan insana keçə biləcəyi barədə fikir bildiriblər.
Teref.az Sputnik-ə istinadən xəbər verir ki, Almaniyanın Focus jurnalının kanadalı mütəxəssislərinin “İnsanlar və Mikrobioma” adlı araşdırmasına əsaslnıb verdiyi xəbərində, onkoloji xəstəliklərin insandan insana yoluxabilmə ehtimalına diqqət çəkilib.
Məqaləyə görə, mikrobioma dəridə və ya orqanlarda olan çoxlu sayda kiçik bakteriyaların meydana gətirdiyi birliklər olaraq tanınır.
Onkoloji xəstəliklərin insandan insana yoluxa biləcəyini iddia edən mütəxəssislər, bu şəkildə bədənin mikroorqanizmlər tərəfindən kolonizasiyasının piylənmə, ürək-damar xəstəlikləri, diabet və xərçəng kimi, xəstəliklərin ötürülməsində rol oynaya biləcəyini düşünür.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu xəstəliklərin ətraf mühit amillərinə görə genetik olaraq insandan insana keçə biləcəyini düşünür. Təşkilat mütəxəssisləri xərçəngin yoluxucu olma ehtimalı ilə bağlı dəlilləri rədd edirlər.