Haftara şok zərbə - Daha bir generalı öldürüldü

29-03-2020, 10:46           
Haftara şok zərbə - Daha bir generalı öldürüldü
Liviyada qiyamçı general Xəlifə Haftarın daha bir generalı öldürülüb.

Teleqraf.com xəbər verir ki, qiyamçı feldmarşalın Sirt şəhər qərargahının rəisi general Səlim Diryak və köməkçisi Qəddafi əs-Sadai öldürülüb. Liviyanın legitim milli hökumətinin hərbi sözçüsü Məhəmməd Kunun faktı təsdiq edib.

Feldmarşal Haftara bağlı olan Binqazidəki 218 televiziya kanalı bildirib ki, general Səlim Diryak və köməkçisi Qəddafi əs-Sadai Türkiyə istehsalı olan dronlarla məhv edilib.

Xatırladaq ki, dünən Liviyanın legitim hökumətinə bağlı olan qüvvələr qiyamçı general Xəlifə Haftarın Sirt yaxınlığındakı əməliyyat mərkəzinə hava zərbələri endirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.