“Heç bir mutasiyadan söhbət gedə bilməz”

9-06-2020, 00:00           
“Heç bir mutasiyadan söhbət gedə bilməz”
ÜST-ün Covid-19 üzrə sözçüsü Tarik Jasareviç koronavirusun mutasiyaya uğraması ilə bağlı deyilənləri təkzib edib.

“Qafqazinfo” xəbər verir ki, sözçü REAL TV-yə müsahibəsində virusun daşıyıcısını öldürmək marağında olmadığını deyib:

“İndiyədək virusun özündə heç bir dəyişiklik görməmişik. Virus insan orqanizminə adaptasiya olur və bu adaptasiya elə gedir ki, əksər hallarda orqanizmə az zərər vurur. Virus daşıyıcını öldürmək marağında deyil. Çünki daşıyıcını öldürəcəyi təqdirdə, oradan başqa yerə gedə bilməyəcək. Belə ki, hələlik heç bir mutasiyadan söhbət gedə bilməz. İndiki halda virusa qarşı ya ictimai tədbirlər sayəsində, ya da tədqiqatlar sayəsində çarə tapmağa diqqət etməliyik ki, hazırda da bu proses davam edir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru