"Polis-vətəndaş qarşıdurması cəmiyyəti iki yerə parçalayıb" - Hüquqşünas

9-06-2020, 08:17           
"Polis-vətəndaş qarşıdurması cəmiyyəti iki yerə parçalayıb" -
"Polis-vətəndaş qarşıdurması yaranıb. Dünən Yasamal ərazisində xoşagəlməz insidentdən sonra vüsət alan qarşıdurma cəmiyyəti iki yerə parçalayıb. Polisə haqq qazandıranlar və vətəndaşı haqlı sayanlar". Bunu hüquqşünas Səməd Vəkilov "Facebook" səhifəsində yazıb."Polisə zibil atan vətəndaşa haqq qazandırmaq olarmı? Əlbəttə xeyir. Bəs polis bu hadisənin fəsadlarını belə aradan qaldırmalı idi? Əlbəttə yox. Nəticədə cəmiyyət kəskin qütbləşməyə sürüklənir.. Bu çox təhlükəlidir. Azərbaycan cəmiyyətinə DİALOQ platforması lazımdır. Hesab edirəm ki, ictimai dinləmə keçirilməli və bu məsələyə soyuq başla hüquq kontekstində qiymət vermək lazımdır", hüquqşunas qeyd edib.Xatırladaq ki, Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində yaşayan bəzi sakinlər sərt karantin rejimi zamanı bir nəfərin saxlanmasına etiraz olaraq yaşadıqları mənzillərdən polisin avtomobilinin üzərinə zibil atmışdılar. Nəticədə insidentin baş verdiyi binanın həyətinə polis alayı yeridilib və bəzi bina sakinləri saxlanılaraq polis maşınına aparılıb.DİN-dən verilən məlumata görə, aparılan araşdırmalarla asayiş keşikçilərinin üstünə müxtəlif əşyalar atan 11 nəfərin şəxsiyyəti müəyyən edilib və onlar saxlanılaraq müvafiq araşdırmalar aparılması üçün ərazi polis orqanına gətiriliblər. Hazırda onların törətdikləri əmələ hüquqi qiymət verilməsi üçün zəruri araşdırmalar davam etdirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.