Şok: Dünya bu təlimdən danışır - İtlər xərçəng xəstələrini müəyyən edir

12-07-2020, 00:01           
Şok: Dünya bu təlimdən danışır -
Türkiyənin Samsun şəhərində baytar Tuncay Eker tərəfindən "Erkən diaqnozda biodedektor itləri" layihəsi adı altında itlərə iyləyərək insanda xərçəng olub-olmasığını bilməsi üçün təlim keçirilir. “Şiva” adlı it prostat xərçənginin diaqnozu üçün, “Pamuk” adlı it isə ağciyər xərçənginin diaqnozu üçün təlim alır.

Teleqraf.com xəbər verir ki, layihə xəstənin nəfəsini, dərisini, sidiyi və nəcisini süzərək xərçəng diaqnozu qoya biləcək itləri yetişdirmək məqsədi daşıyır.

“Şiva” adlı it 2 ildir prostat xərçəngi diaqnozu üçün təlim keçir. Xəstə və xəstə olmayanların sidik nümunələrini qoxuyan köpək “mükafatlandırma” sistemi təhsili ilə prostat xərçəngi olan şəxsin sidiyini təyin edir. Doğru diaqnoz üçün itə mükafat verilir. “Pamuk” adlı it isə 6 ay boyunca xəstələrin və sağlam insanların nəfəsini qoxlayaraq ağciyər xərçəngi diaqnozu üçün təlim alır.



COVID-19 virusunun yayılması ilə əlaqədar olaraq, bu il təlimlərə fasilə verilib. Hər iki itə evdə iki tələbə tərəfindən baxılır.



Layihə çərçivəsində sağlam nümunələr götürmək və elmi araşdırmalar aparmaq üçün Səhiyyə Nazirliyinin "Etika Komitəsi" nə müraciət ediləcəyi bildirilib.

Müraciətdən sonra xərçəng xəstələrindən icazə alınacaq və daha çox nümunələrin əldə edildikdən sonra itlərin təlimlərinə davam edilməsi qərarı verilib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.