Pandemiya ölkənin iş strukturlarının iflici yox əksinə yeni bir gücləndirilmiş üsulla işləməsinin zəruriliyini göstərməlidir.

13-07-2020, 17:23           
Pandemiya ölkənin iş strukturlarının iflici yox əksinə yeni bir gücləndirilmiş üsulla işləməsinin zəruriliyini göstərməlidir.
1 il əvvəl İcbari Tibbi Sığorta və TƏBİB fəaliyyətə başlayarkən hələ o zaman mən bir vətəndaş və bir QHT rəhbəri kimi bu səhiyyə islahatının başlanğıcında tibb xidmətlərinin bu formada birdən ötürülməsində olacaq çatışmazlıqlarla bağlı fikirmi bildirmişdim.İlk baxışda mərhələli təsvir olunsa da mən səlahiyyətlərin birdən ötürülməsini vətəndaşala xidmət strukturu ilə vətəndaşın tələbatını ödəməli olan məqamların buna tam hazır olub olmamasının analizini nəzərdə tutmuşam.O zaman mənə inanmayanlar çox oldu həmkarlarımdan. Mən o zamn da demişdim indi də deyirəm bu sistem üçün münbit mühit yaradılmadan, birdən sıçrayışla keçidin düz addım olmaması özünü çox gözələtməyəcəkdir. Dünya praktikasının töhfəsi olan İTS o zaman özünü doğruldar ki, güclü maddi texniki baza ilə təminatı olsun, mövcud peşəkar tibb kadrlarını saxlmaq və onlara yüksək əmək haqqlarını vermiş olsun (ilk keçid dövrü üçün bu əmək haqqları stabil yüksək, sonralar isə rəqabət mexanizmli), qanunvericilik aktları təkmilləşdirilsin və ən əsas isə bu qanunvericiliyi vahid sistemə gətirən və nəzəriyyə ilə praktikanı uzlaşdırıb idarə etməyə qabil olan işlək mexanizm təyin edilsin. Bunlara səthi yanaşılıdı.Nəticədə nəyə nail olduq.Təşkilatımın fəaliyyət spektri əsasında bəzi məqamları demək istərdim.
- Səhiyyə Nazirlyinin varisinə çevrilmiş TƏBİB ölkənin müalicə müəssisələrini hal-hazırki vəziyyət əsasında təmin edə bilmədi.
- Azərbaycan Respublikasının 2000-ci ildən bu günə qədər işləyən Vərəm haqqında qanunun təkmilləşdirilməsi vacib olduğu halda və vətəndaş cəmiyyəti,Azərbaycan Vərəm ilə mübarizə üzrə QHT koalisiyasının bu barədə dəfələrlə çıxşları, təklifləri bu günə qədər baxılmamış qaldı.
- Pasientlərin və tibb işçilərinin hüquqları haqqında qanun ( bu İTS nin əsas işlək mexanizmi saxlayaq qanun olmalı idi) 3 ildir Milli Məclisə baxılmağa verilbidir. lakin hələ də dinləməyə təqdim olunmayıbdır. 30.10.19-cu il tarixindən bu günə qədər parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə təşkilat adından göndərilmiş rəsmi müraciət məktubuna cavab bu günə qədər süründürülür. Maraqlanan zaman isə əvvəl mənə dəfə deyildi parlament buraxılmışdır və yeni parlamentin formalaşıdırlmağı gözlənilir( Lakin müraciət traixinə baxın.Parlament bu müraciətdən neçə aylar sonra buraxıldı).Yaxşı deyildiyi kimi parlament formlaşdı.Sonra deyildi deputatların fəaliyyətə başlaması üçün onlar mandatlarının konstitusiya məhkməsi ilə təsdiqlərini gözləyirlər. Bu da düzəldi. Sonra müraciət edilən zaman deyildi bəs pandemiya ilə əlaqədar sizin məktuba cavab bir qədər təxirə salınır. Maraqlıdır pandemiya bu iş strukturlarının iflici yox əksinə yeni bir gücləndirilmiş üsulla işləməsi olmalı halda bu nə cavab oldu ali qanunverici orqan belə mövqe tutdu?
Bu gün ölkənin vətəndaş cəmiyyətləri institutu təşkilatları bütün güclərini və qüvvələrini bir istiqamətdə ölkə səhiyyəsinə kömək üçün cəmləşdirməyə tam hazırdırlar.Mən də öz növbəmdə öz təşkilatım adından bu sahədə çox addımlar atmışam.Sadəcə qarşı tərəfin laqeydliyi bizə çox mane olur.Müraciətlərə cavab verilmir,telefon zəngələri cavabsız qalır. Bu düzgün addım deyildir fikrimcə.Ən güclü və böyük dövlətlər də ümumi probelmi əvvəl işıqlandırı sonra isə yığılaraq vahid kömək strategiyası hazırlayırlar. Bu ən sınanmış, ən vacib amildir. Müdrik xalqımızın “ Yıxılana balta vurmazlar ” deyimi çox gözəl bir deyimdir. Müdriklik rəmzidir. Ancaq axı yıxılan da gərək öz kömək əlini uzatsınki ondan tutan olsun.Ölkənin rifahı naminə, səhiyyənin çiçəklənməsi naminə real addımlar vacibdir. Birbaşa əməli praktik fəaliyyət labüddür.
Çingiz Ramazanli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.