Vaqif Dərgahlı: "Bölmələrimiz tərəfindən "Qrad"dan istifadə edilməyib"

15-07-2020, 02:33           
Vaqif Dərgahlı: "Bölmələrimiz tərəfindən "Qrad"dan istifadə edilməyib"
Ermənistan KİV-nin guya Azərbaycan Ordusunun bölmələri tərəfindən cəbhənin Tovuz istiqamətində Ermənistan silahlı qüvvələrinə qarşı “Qrad” yaylım atəşli reaktiv sistemlərdən istifadə etməsi barədə yaydığı məlumat dezinformasiyadır.

Teref.az-ın məlumatına görə, bu sözləri Müdafiə Naziliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib:

"Bildiririk ki, bölmələrimiz tərəfindən bu silah növü tətbiq edilməyib. Əgər Ermənistan tərəfində bu silah növünün tətbiq edilməsi barədə hər hansı bir sübut varsa, onu təqdim etsin".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru