Müdafiə Nazirliyi Azərbaycan PUA-larının vurulması ilə bağlı yayılan xəbərlərə cavab verdi

16-07-2020, 10:50           
Müdafiə Nazirliyi Azərbaycan PUA-larının vurulması ilə bağlı yayılan xəbərlərə cavab verdi
Müdafiə Nazirliyi Azərbaycan Ordusuna aid Pilotsuz Uçan Aparatın vurulması barədə Ermənistan tərəfinin yaydığı məlumata cavab verib.

Lent.az -ın məlumatına görə, nazirliyin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Tovuz istiqamətində gedən döyüşlərdə Azərbaycana məxsus 13 PUA-nın guya vurulduğu barədə Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyanın yaydığı məlumatı təkzib edib.

"Bu yanlış məlumatdır. Bildiririk ki, Azərbaycan Ordusunun bölmələrinin silahlanmasında olan bütün bütün PUA-lar sıradadır, itki yoxdur".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru