“Qanuni oğru”ların Avropa “revanşı”: Haqq-hesab əlbəyaxa davada həll olunur: - Lotu Quli də tərəfdir

4-08-2020, 15:08           
“Qanuni oğru”ların Avropa “revanşı”: Haqq-hesab əlbəyaxa davada həll olunur: - Lotu Quli də tərəfdir
“Qanuni oğru"lar artıq Avropada qalmaqallarla gündəmə gəlməyə başlayıblar.

Cebhe.info xəbər verir ki, Oniani-Cvanqeladze klanının üzvləri öz aralarında dava edib. Davaya qatılanlar əsasən Avropada müxtəlif yollarla yaşayan "oğru"lar olub.

Məlumata görə, ilk hadisə İtaliyanın Neapol şəhərində baş verib. Burada 45 yaşlı Levan Dadeşkiliani və 44 yaşlı Akaki Landiyanın sözü çəp gəlib.

Daha sonra 60 yaşlı Otar Totçiya ilə 33 yaşlı Ruslan Qeqeçkori arasında dava olub. Bu dəfə onlar Antaliyada mübahisəni davam etdiriblər. Münaqişəyə səbəb Qeqeçkorinin söhbət zamanı söyüş istifadə etməsi olub.

Ruslan Qeqeçkori nüfuzli "oğru" Rolandın oğludur. Roland klandakı çox sayda "oğru"nun "xaç atası" hesab olunur.

Ruslan Qeqeçkorinin azərbaycanlı “qanuni oğru” Lotu Quli ilə də sözü düz gəlmir. Belə ki, Otar Totçiyanın Lotu Qulinin şəriklərindən biri olduğu deyilir. O, Rusiyada "qanuni oğru"lara qarşı qanunvericiklik aktının qüvvəyə minməsi ilə bu ölkəni tərk etməli olub.

Totçiyanın hərəkətləri və "oğru dünyası"ndakı nüfuzu artıq 3-cü nəsil olan gənc “oğru" Ruslanı razı salmır. Totçiya isə "oğru" titulunun irsən ötürülməsinə qarşı çıxan nəslin təmsilçisidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.