Dolu avtobuslar və açılmayan metro: Yoluxma üçün nə qədər müddət lazımdır?- BAŞ İNFEKSİONİST

1-09-2020, 20:06           
Dolu avtobuslar və açılmayan metro:

Dünya nizamını dəyişən yeni növ koronavirusa yoluxma halları hələ də davam edir.
Yeni növ koronavirusun səbəb olduğu qaydalar və qadağalar demək olar ki, bütün dünyanın ənənəvi rejimini alt-üst edib. Hazırda ölkəmizdə də karantin rejimi davam edir. Bəzi sahələrdə yumşalmalar olsa da, hələ də metroların, qapalı ərazilərin fəaliyyətinə icazə verilmir. Açıq hava restoranları, ictimai nəqliyyat hazırda fəaliyyətini davam etdirir.
Gündəlik ictimai nəqliyyatdan, avtobusdan istifadə zamanı sıxlıq yaranır. Bu hal da yoluxma riskini artırır.
2 milyon illik təkamül dövründə bizim immun sistemimiz məlum infeksiyaların bir çoxu ilə mübarizə aparmağı öyrənib, ancaq yeni koronavirus onu qəfil yaxalayıb. Məhz bu səbəbdən yeni virusun öhdəsindən gəlmək bu qədər çətin, ona yoluxmaq isə bu qədər asandır. Virusa yoluxmanın ilkin mərhələsində yeni koronavirus aktiv şəkildə boğazda və nəfəs yollarında çoxalmağa başlayır.
Sonra infeksiya aşağı enib ağciyərə çataraq iltibah əmələ gətirə bilir. Ona görə də yoluxmanın ilk əlaməti öskürəkdir. Temperatur bundan sonra yüksəlməyə başlayır. Lakin qızdırma heç də hamıda müşahidə olunmur - Uhanda pasientlərin 30 faizində xəstəxanaya daxil olma anında normal temperatur olub.
Maraqlıdır, virus daşıyıcısı olan şəxslə nə qədər müddət təmasda olmaq yoluxmaq üçün kifayətdir?
Azərbaycanın baş infeksionisti Cəlal İsayev Cebhe.info-ya açıqlamasında bildirib ki, viruslu xəstələrlə təmasdan qaçmaq lazımdır:
"Virusa yoluxmuş şəxslərlə nə qədər qısa müddət təmasda olsanız, o qədər yaxşıdır. Koronavirusa yoluxmuş şəxslərlə nə qədər uzun müddət təmasda olsanız, yoluxma riskiniz də bir o qədər artacaq. Viruslu xəstələrlə təmas zamanı yoluxma riskinə müəyyən bir vaxt demək çətindir. Sadəcə olaraq, nə qədər uzun müddət xəstə ilə təmasda olsanız, yoluxma ehtimalınız da bir o qədər artacaq. Onu da qeyd edim ki, virusa yoluxma vaxtı orqanizmə görə də dəyişə bilər. Əgər immun sistem zəifdirsə, bu şəxslər daha qısa zamanda virusa yoluxurlar".
Semra Ələkbərli
Cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.