İcra hakimiyyəti Türkiyə bayrağı ilə bağlı olaya aydınlıq gətirdi – VİDEO/MÖVQE
7-09-2020, 00:16

Bu gün ölkə mətbuatında Sumqayıt şəhər İcra Hakimiyyətinin göstərişi ilə 12-ci mikrorayon ərazisində Türkiyə bayrağının endirlilməsinə cəhd ilə bağlı məlumatlar yer alıb.
Nocommnet.az xəbər verir ki, baş vermis olay ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinin sözçüsü Eyvaz Qocayev açıqlama ilə çıxış edib:
“Sumqayıt şəhərində şəhid guşəsində Azərbaycan və Türkiyə bayraqlarının Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndələri tərəfindən endirilməsi barədə sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir. Şəhər icra hakimiyyəti tərəfindən belə bir tapşırıq verilməyib. Videoda əks olunan görüntünün araşdırılması zamanı məlum olub ki, ərazidə yaşayan vətəndaş tərəfindən bayrağın səliqəyə salınması istəyini başqa bir vətəndaş yanlış anlayıb və buna etirazını bildirib.

Bu gün də həmin guşə və bayraqlar yerindədir. Azərbaycan bayrağı hər birimizin qürur, fəxarət mənbəyidir, o cümlədən qardaş Türkiyə bayrağı hər bir azərbaycanlı üçün eyni dəyəri ifadə edir”, – deyə İcra Hakimiyyət rəsmisi bildirirb.
Videonu diqqətinizə təqdim edirik:
Teref.az bu açıqlamadan sonra bir daha videoda gedən dialoqa diqqət yetirməyinizi xahiş edir. Çünki dialoqda heç də hansısa bayrağı düzəltməkdən və y başqa əməliyyatdan söz gedmir.Orda bir başa bayrağın sökülməsinə etiraz edilir!
Teref.az