Ermənistan tərəfdən vuruşan muzdlular: - Kəlbəcər və Laçındakı təlim mərkəzinə gətirilmiş terrorçular kimdir?

19-10-2020, 17:21           
Ermənistan tərəfdən vuruşan muzdlular: -
İndiyədək Azərbaycana qarşı döyüşlərdə Suriya və Yaxın Şərqin müxtəlif ölkələrindən olan çoxlu sayda erməni əsilli muzdlulardan istifadə faktları məlum olsa da, çox vaxt bunu sübut etmək elə də asan olmurdu. Hətta, döyüş meydanında öldürülmüş muzdlular da “yoxa çıxırdı”.
Ancaq bu yaxınlarda əldə olunan kəşfiyyat məlumatları bur daha göstərir ki, üzdə olan faktları uzun müddət gizli saxlamaq qeyri-mümkündür.

Söhbət nədən gedir?

Əldə olunan məlumata əsasən, erməni işğal altında olan Kəlbəcər və Laçın rayonlarında muzdlular üçün təlim mərkəzləri var. Və həmin mərkəzlər indi bir vaxtlar Suriyadakı döyüşlərdə iştirak etmiş peşəkar və qeyri-peşəkar erməni muzdluları üçün sığınacağa çevrilib.



Gördüyünüz bu təlim mərkəzi Laçında yerləşir – kəşfiyyat məlumatları əsasında bu mərkəzin poliqonları, silah anbarları, kazarmalar, təlim üçün meşəlik ərazi və mərkəzi qərargahının yeri müəyyən edilib. Laçındakı mərkəzdə təlim keçən erməni əsili terrorçular haqda da bəzi məumatlar əldə olunub.



Məsələn, şəkildə gördüyünüz bu şəxs Laçın rayonundakı təlim mərkəzində saxlanılan erməni muzdlusu Denyar Ameddir . ANF xəbər portalında onun kimliyi barəsində geniş məlumat var - ailəsi Suriyanın Rakka şəhərində yaşayır, Suriya Demokratik Qüvvələrinin (SDF) tərkibində 9 ay İŞİD-ə qarşı döyüşlərdə iştirak edib. Erməni muzdlunun türklərə qarşı vuruşacağına and içdiyi bildirilir.



Gördüyünüz ikinci təlim mərkəzi isə işğal altındakı Kəlbəcər rayonunda yerləşir. Bu Mərkəzdə qondarma “erməni soyqırımının” 104-cü ildönümü münasibətilə Suriyada yaradılmış “Nubar Ozanyan Taborunun” döyüşçüləri saxlanılır. Məlumat üçün bildirək ki, taborun adını daşıdığı Nubar Ozanyan Türkiyə ermənisidir və vaxtilə Birinci Qarabağ savaşında Azərbaycana qarşı döyüşüb. Ozanyan müxtəlif terrorçu dəstələr sırasında Türkiyəyə qarşı əməliyyatlarda fəal iştirak edib və əsas missiyası kimi Türkiyə əleyhinə əsasən ermənilərdən ibarət “beynəlxalq briqada” yaratmağı görürdü. 2017-ci ildə Rakka şəhərindəki döyüşlərdə öldürülüb. Bu gün Kəlbəcərdə saxlanılan muzdlu erməni terrorçuları məhz Ozanyanın adını daşıyan taborun üzvləridir. Kəşfiyyat məlumatına görə, Kəlbəcərdə muzdla saxlanılan suriyalı ermənilər arasında “Ozanyan taboru”nun hazırki komandiri Nubar Melkonyan da var.



Nubar Melkonyan Yunanıstanın greekcitytimes.com saytına verdiyi müsahibəsində təsdiqləyib ki, onun dəstəsində Hələb, İngiltərə, Fransa və Amerikadan gələn erməni “könüllülər”, daha doğrusu muzdlular var. “Onların əksəriyyəti erməni dili və mədəniyyətindən bixəbərdirlər. Batalyonumuz onlara həm də təhsil təklif edir” deməklə Melkonyan onların muzdlu olduğunu gizlətmir.

O, müsahibəsində erməni muzdlu batalyonunun Ras əl-Ayn, Tall Təmr və Əbdüləziz dağı da daxil olmaqla Əl-Həsəkə vilayətində döyüşdüyünü açıqlayıb. Koronovirus pandemiyası səbəbindən hazırda sıralarına qoşulanların sayının azaldığını deyən batalyon komandiri görünür, yaranan boşluğu Ermənistanın Qarabağda muzd müqabilində döyüşmək təklifini qəbul etməklə doldurur.

Qeyd edək ki, hazırda Suriyada Türkiyə əleyhinə cəmləşmiş yüzlərlə ermənidən ibarət qruplaşmalar var. Onların pul qarşılığında Qarabağda Ermənistan tərəfdən Azərbaycana qarşı döyüşlərdə iştirak etdiyini "Suriya İnsan Haqları Müşahidəçiləri" (Syrian Observatory Human Rights - SOHR) təşkilatı da təsdiqləyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.