Koronavirusu istiliklə təsirsiz hala gətirən bir maska ​​yaradılır - Yenilik

4-11-2020, 00:07           
Koronavirusu istiliklə təsirsiz hala gətirən bir maska ​​yaradılır - Yenilik
Koronavirusu istiliklə təsirsiz hala gətirən bir maska ​​yaradılır

MIT-(the Massachusetts Institute of Technology (MIT)) in alimləri COVID-19-u istiliklə öldürəcək bir maska ​​hazırlayırlar.

Hazırki prototipə 9 voltluq batareya daxildir,hansı ki maskanı bir neçə saat qızdırmaq və nəfəs almazdan öncə havalandırmaq üçün kifayət qədər gücə malikdir.
Bu maska ​​günümüzdə çox istifadə olunanlardan fərqli bir mexanizmə əsaslanır və əsasən termal inaktivasiya ilə işləyir.
COVID-19 bir pandemiya halına gəldikdən sonra, bir çox tədqiqatçı və elm adamı havanı təsirli bir şəkildə süzən üz maskalarını yaxşılaşdırmağa və inkişaf etdirməyə çalışırlar , dizayn və yeniliklər hamımıza təəccüblüdür. Buna əsasən, Massachusetts Texnologiya İnstitutunun (MIT) alimləri, izolyasiya edən neoprenlə əhatə olunmuş və batareyalarla işləyən qızdırılan mis meshdan istifadə edərək SARS-CoV-2-ni istilik yolu ilə təsirsiz hala gətirə bilən bir maska ​​yaradırlar.

“Maska taxan şəxs nəfəs aldıqda və verdikdə hava dəfələrlə meshdan axır, havadakı viral hissəciklər mesh və yüksək temperatur səbəbindən yavaşlayır və hərəkətsiz olur”-deyə MİT bildirir.

MIT-in kimya mühəndisliyi professoru və layihənin iştirakçısı Michael Strano, bu maskanın virusu tamamilə qarşısını almayacağını, ancaq yavaşlatdığını və təsirsiz hala gətirdiyini söyləyir. Hal-hazırda prototip inkişaf mərhələsindədirlər və tezliklə onları sınaqdan keçirə biləcəyinə ümid edirlər.

Tərcümə etdi Nərminə Hüseynzadə












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.