Rusiyada azərbaycanlılarla ermənilər arasında Qarabağ toqquşması:Lavrov “olmayacaq” deyir

3-11-2020, 22:33           
Rusiyada azərbaycanlılarla ermənilər arasında Qarabağ toqquşması:Lavrov “olmayacaq” deyir
“İyul ayında Azərbaycanla-Ermənistan arasında baş verən gərginlikdən sonra Rusiyada iki millətin nümayəndələri arasında bəzi toqquşmalar qeydə alınıb”.

Cebhe.info xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib. O bildirib ki, bu zaman əmlaka ciddi ziyan dəyməsi faktları da qeydə alınıb:

"Ancaq bu hadisələrin təkrarlanmaması, Rusiyada Qarabağa görə azərbaycanlılar və ermənilər arasında toqquşma olmaması üçün müvafiq tədbirlər görülüb".

"Kommersant" qəzetinə müsahibəsində nazir qeyd edib ki, vasitəçi kimi Rusiyanın vəzifəsi münaqişənin dinc yolla həllinə yardım etməkdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru