Günün birinci yarısı “DQR”-nın “FHN” Xocavənd rayonunun Azərbaycan təyyarələri tərəfindən bombalandığını iddia etmişdi. Qondarma qurumun guya sivil hədəflərin vurulduğu barədə iddiası elə özləri tərəfindən çürüdülürdü: “Bombardıman nəticəsində heç bir mülki şəxs xəsarət almayıb”.
Belə təsəvvür yaradılırdı ki, guya, Azərbaycan hərbi aviasiyasi boş-boşuna Xocavəndə bomba yağdırır. Bəs niyə?
Ovqat.com-un etibarlı mənbələrdən aldığı məlumat bu suala aydınlıq gətirir.
Sən demə, qəhrəman “şahinləri”miz heç də balaca “ov”a “dimdik” atmırmışlar.
Məlumata görə, Azərbaycan Ordusu Xocavənd istiqamətində gedən döyüşlərdə Ermənistan Silahlı Qüvvələrinin 3-cü motoatıcı alayının yeraltı sığınacaqlarını darmadağın edib. Bombardıman nəticəsində çox sayda düşmən əsgəri girdikləri tunelə əbədi olaraq gömülüblər. Ölənlər arasında motoatıcı alayın komandiri polkovnik Qor İşxanyan da var.