Alimlər yeni xəstəlik tapdılar: Ancaq kişiləri ÖLDÜRÜR

4-11-2020, 09:19           
Alimlər yeni xəstəlik tapdılar: Ancaq kişiləri ÖLDÜRÜR
Alimlər kişilər arasında yayılan yeni ölümcül xəstəlik aşkarladıqlarını bildiriblər.

Publika.az "Sputnik"ə istinadla xəbər verir ki, araşdırmanın nəticələri The New England Journal of Medicine-də dərc olunub.

Qeyd olunur ki, mütəxəssislərin VEXAS sindromu adlandırdıqları xəstəlik yoluxanların 40%-nin ölümünə səbəb ola bilir. Pasiyentlər autoiltihab xəstəlikdən əziyyət çəkirlər, onlarda titrətmə, aktiv tromblaşma, eləcə də qığırdaq və ağciyər toxumalarında iltihabi proseslər müşahidə olunur.

Mütəxəssislər bu xəstəliyi X xromosomdakı UBA1 geninin mutasiyası ilə əlaqələndirirlər. Tədqiqat zamanı mutasiyalar təxminən 50 kişidə aşkarlanıb. Ancaq alimlərin fikrincə, onların sayı daha çox ola bilər.

Tədqiqatçılar həmçinin hesab edirlər ki, bu xəstəlik yaşlı insanlarda əvvəllər bir-biri ilə əlaqəsi olmadığı hesab edilən iltihabi sindromların əmələ gəlmə səbəbini izah edə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru