Ermənistanın dron rəzilliyi: - Özlərini belə biabır etdilər
5-11-2020, 17:37
"Mənbələr göstərir ki, Ermənistan uzun müddət müasir dronları və zərbə dronlarını, hərbi sursat daşıya bilər dronları istehsal etməyə cəhdlər edib, lakin həmişə uğursuz alınıb".
“MediaPost” xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qeyd edib. O, Ermənistanda dron istehsalı və arsenalında olan dronlar haqqında qısa məlumat verib:
“Erməni və rus mənbələri bildiridi ki , Ermənistan 2010-cu ildən kiçik qabaritli “Krunk” (“Durna”) seriyalı dronlar buraxmağa başlayıb. Bu layihə əvvəllər, 2006-cı ildə startap səviyyəsində olub, sonradan erməni hökuməti tərəfindən dəstəklənib və layihənin gələcək işləri Ermənistan Hərbi-Aviasiya İnstitutuna tapşırılıb. Sonralar Rabitə vasitələri üzrə İrəvan Elmi Tədqiqat İnstitutu da bu işə qatılıb. Dron ilk dəfə 2010-cu ildə sərgidə təqdim edilib. İstehsal üçün zəruri olan texnologiyaların çox hissəsi xaricdən alınıb. Taktki-texniki, orta sinif dronlar hesab olunur. Yalnız kəşfiyyat-müşahidə vəzifəsini yerinə yetirib”.
O.Gündüzün sözlərinə görə, həmin dronun indiyədək cəmi iki modeli hazırlanıb:
“Krunk 25-1” havada 4 saat qala bilir və təxminən 4000 m hündürlükdə, 150 km radiusda işləyə bilir. Əsas hərbi vəzifəsi yerdəki hərbi obyektlərin kordinatlarını müəyyən edilməsi və idarəetmə mərkəzinə ötürülməsidir. Çəkisi 60 kq-dır və yerdən, maşında quraşdırılan baza stansiyasından idarə olunur. Bir stansiya 3 dronu idarə edə bilir. “Krunk 25-2” daha aşağı parametrlərə sahibdir”.
Ekspert bildirib ki, Ermənistan zərbə dronları hazırlaya bilmir:
“Ermənisatnın digər dronu “Base” daha aşağı sinfə-mini dronlara aiddir Çəkisi 5 kq, 30 km radiusda, təxminən 2500 m hündürlükdə 1 saat işləyə bilir, sürət 100 km/s-dır. Uzunluğu cəmi 2.8 m-dir. Video formatda informasiyanı 30 km-dən ötürə bilir.
2014-cü ildə Ermənistan dron istehsalını modernləşdirməyə cəhdlər edib. Rusların texnologiyası ilə “БЛА X-55” və digər bir-iki modellər hazırlanır. Lakin modenləşmə uğursuz olur. Zərbə dronları hazırlaya bilmirlər. Erməni mənbələrindən görünür ki, onlar 2014-2020- ci illər ərzində zərbə dronlarının, hərbi sursat daşıya bilən müasir dronların əldə edilməsinə və istehsalına dəfələrlə cəhdlər ediblər. Hətta erməni mənbələri bildirilir ki, 2011-ci ildə ermənilər tərəfindən vurulduğu bildirilən, İsrail istehsalı olan “Hermes” dronunun qalıqlarını bir-iki il ərzində araşdırıblar, böyük əziyyətlə modelini yaradıblar ki, bəlkə yenidən istehsal edə bilərlər, lakin bu cəhdlər də uğursuz olub.
Döyüşlərdə ermənilərin məişətdə istifadə olunan, adi, toylarda istifadə edilən 4 pərli drona hərbi sursat əlavə edərək də istifadə etməsi müşahidə olunub”.
O.Gündüz son dövrlərdə ermənilərin Rusiyadan kəşfiyyat xarakterli «Орлан-10Е” müşahidə-kəşfiyyat dronları aldığı haqqında məlumatlar yayıldığını deyib:
“Bu dronların hansısa üstün keyfiyyətlər malik olması haqqıda məlumatlar olmayıb. Görünür ki, Rusiya müasir dronlara malik olmadığından, Ermənistan bu tip dronların istehsalını yaratmaq cəhdlərinindən əl çəkməyəcək”.