Türkiyə ilə MÜHARİBƏ: Erməni əks-kəşfiyyatının hazırladığı sənəddən SENSASİON DETALLAR
5-11-2020, 18:05
Ermənistan xüsusi xidmət orqanları nöbvəti provakasiyaya gedir. Bu ölkənin hakimiyyətə yaxın mediası yeni tezislərlə işləməyə başlayıb.
KONKRET.az-ın Analitik qrupunun apardığı araşdırmadan da görünür ki, baş nazir Nikol Paşinyanla razılaşdırılan və erməni əks-kəşfiyyatının hazırladığı sənəd əsasında yerli KİV-lərə müvafiq materiallar hazırlamaq tapşırılıb.
Həmin tezislərin ana xəttini Rusiya ilə Türkiyə arasında hərbi toqquşma ehtimalının yüksək olması ilə bağlı qurama arqumentlərin beynəlxalq aləmdə təbliğ olunması və guya müttəfiqi olan Rusiyanı ayıltmaq cəhdidir.
Erməni politoloqlar, siyasi şərhçilər artıq müharibənin həyəcan verici əlamətlərini müşahidə etdikləri ilə bağlı müsahibə, şərh və analitik materiallarla gündəmə gəlməyi planlaşdırırlar.
Bu işə ABŞ-a olan tərəfdaşlarını, ermənipərəst politoloqları da cəlb ediblər.
Artıq həmin politoloqların ilkin şərhləri mediada işıqlandırılmaqdadır. Məsələn, Tsargrad.tv portalı yazır ki, Rusiya ilə Türkiyə arasında müharibə yalnız Dağlıq Qarabağdakı münaqişə ilə bağlı olmayacaq. Belə ki, türk siyasətçiləri Krımla bağlı Rusiyanın maraqlarına zidd olan açıqlamaları ilə meydana giriblər.
Sayt adını çəkməsə də, göstərir ki, Münaqişələrin Araşdırılması üzrə Beynəlxalq İnstitutun amerikalı mütəxəssisləri Ankaranın davranışının qarşıdurmaya səbəb olduğuna əmindirlər. Onlar guya yaxınlaşan müharibənin bir neçə xəbərdaredici əlamətlərini də göstəriblər.
Mütəxəssislər hesab edir ki, Türkiyə Suriya və Liviya kimi mövzularda mütəmadi olaraq Rusiyaya qarşı çıxır. İnandıqları ehtimala görə, Türk Ordusu Dağlıq Qarabağda Ermənistanla Azərbaycan arasındakı münaqişəyə birbaşa müdaxilə də edib. Ekspertlər birtərəfli olaraq erməni hərbçilərinin dəfələrlə türk mütəxəssislərinin bölgədəki hərəkətlərinə dair dəlillərinə istinad edirlər.
Erməni arzularını dilə gətirən tezislərdə xüsusi olaraq o da vurğulanır ki, Rusiya artan hərbi roluna və ABŞ-ın fəal diplomatik roluna cavab olaraq, münaqişənin güc yolu ilə həll edilməsinə çalışacaq.
ABŞ-ın adı göstərilməyən şərhçilərinin sözlərinə görə, münaqişənin səbəbi təkcə Qarabağ deyil, həm də türk siyasətçilərinin Krımla bağlı açıqlamaları ola bilər. Xatırladaq ki, Türkiyə dəfələrlə yarımadanın Rusiyaya birləşdirilməsini dəstəkləmədiyini və bu məsələdə Ukraynanın tərəfində olduğunu bildirib.
“Əslində səlahiyyətlilərin Krımla bağlı bir strategiyası var, amma açıqlanmayıb. Ərdoğan, əlbəttə, flört etdiyi millətçi türklər kimi Krımı geri qaytarmaq istəyir”, – deyə Strana.UA portalı jurnalist Yunus Ərdoğdunun fikirlərinə geniş yer ayırır.
Yazıda qızışdırıcı və maraqlı detallardan biri də budur: Ukraynaya real dəstək yoxdur. Baxmayaraq ki, sadəcə boğazları bağlamaq və “Krımı bir həftəyə Ukraynaya qaytarmaq” kifayət edərdi.