Rusiyalı həkimdən dünyaya daha bir epidemiya XƏBƏRDARLIĞI

30-11-2020, 00:58           
Rusiyalı həkimdən dünyaya daha bir epidemiya XƏBƏRDARLIĞI
Rusiyalı həkim və televiziya aparıcısı Aleksandr Myasnikov dünya üçün yüksək ölümlə nəticələnəcək yeni epidemiyanı proqnozlaşdırıb.

KONKRET.az xəbər verir ki, bu barədə həkim öz “Telegram” kanalında yazıb.

Həkim insanların COVID-19 kimi bir epidemiyaya hazır olmadığını bildirib. Xüsusilə, onlarla mübarizə aparacaq universal bir peyvənd yoxdur:

“35-40 faiz ölüm nisbəti ilə yeni bir virus yayılsa, belə bir peyvənd meydana çıxana kimi on milyonlarla insan öləcəkdir. Demək istəyirəm ki, indi bütün alimlərin səylərini belə bir peyvəndin yaradılması üzərində cəmləşdirməliyik! İstənil pul, vəsaitlər təmin edilməlidir”.

A.Myasnikovun sözlərinə görə, bəşəriyyət üçün məhz qrip – quş ya da donuz qripi təhlükəsi var:

“Viroloqların yazdıqları kimi: bir-iki mutasiyadan sonra bizi ciddi bir epidemiya gözləyir!”шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.