Belarusda etiraz aksiyaları: 300-dən çox şəxs saxlanılıb

30-11-2020, 07:28           
Belarusda etiraz aksiyaları:
Tutulanlar arasında jurnalistlər də var

Belarusda icazəsiz etiraz aksiyaları zamanı 300-dən çox etirazçı saxlanılıb. Bu barədə AYNA Belarus mediasına istinadən bildirir.

Ölkənin hüquq müdafiəçilərinin verdiyi məlumata görə, həbslərin əksəriyyəti paytaxt Minskdə baş verib. Eyni zamanda, Vitebsk, Brest, Qrodno, Lida, Jodino, Lyaxoviçi, Borovlyanax, Lesno, Korobçiçax, Smoleviçdə tutulanlar var. Etirazçıların bir qismi artıq sərbəst buraxılıb.



Minskdə etiraz aksiyası zamanı müxalifət qüvvələrinin Koordinasiya Şurasının əsas üzvü, iqtisadçı Dmitri Kruk həbsə alınıb. Tutulanlar arasında jurnalistlər də var.



Qeyd edək ki, Belarusda etirazlar avqust ayında keçirilən president seçkilərindən sonra başlayıb. Hazırkı Prezident Aleksandr Lukaşenkonun seçkilərini tanımayan insanlar mütəmadi olaraq mitinqlər təşkil edirlər. Etirazçılar dövlət başçısının istefasını, yeni seçkilərin keçirilməsini, eyni zamanda təhlükəsizlik qüvvələrindən zorakılığa son qoyulmasını və ilk etiraz aksiyalarını vəhşicəsinə dağıdan və həbs olunanlara işgəncə verənlərin mühakimə olunmasını tələb edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru