İsveçdə “Ağdam” restoranının yandırılması ilə bağlı araşdırma aparılır

30-11-2020, 22:26           
İsveçdə “Ağdam” restoranının yandırılması ilə bağlı araşdırma aparılır
“İsveçdə yandırılan restoran “Ağdam” restoranıdır, bununla bağlı Komitənin məlumatı var”.

KONKRET.az xəbər verir ki, bunu APA-ya Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı deyib. O bunun təxribat olduğunu bildirib.

“Hazırda polis faktla bağlı araşdırmalara başlayıb. Sığorta şirkəti tərəfindən restorana dəymiş ziyan hesablanır. Hadisə barədə yeni məlumatlar olduqca, ictimaiyyətə çatdırılacaq”, – deyə V. Vahidqızı əlavə edib.

Qeyd edək ki, ötən gün gecə saatlarında İsveçdə “Garabag” restoranın yandırılması ilə bağlı məlumat yayılmışdı. İlkin məlumata əsasən, hadisəni ermənilər törədib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru