Sinqapurlu alimlər COVID-19 testinin nəticəsini beş dəqiqəyə müəyyən edən cihaz hazırlayıblar

1-12-2020, 04:21           
Sinqapurlu alimlər COVID-19 testinin nəticəsini beş dəqiqəyə müəyyən edən cihaz hazırlayıblar
Sinqapurlu alimlər beş dəqiqə ərzində koronavirus ilə bağlı PZR testinin nəticələrini əldə etməyə imkan verən cihazı ictimaiyyətə təqdim ediblər.

TASS agentliyi xəbər verir ki, bu barədə cihazı hazırlayan “Cell ID” şirkətinin baş texniki direktoru Hander Sim məlumat verib.

H. Sim bildirib ki, ağız və burun boşluğundan götürülən yaxma xüsusi məhlulla qarışdırılır və ölçüləri bank kartı ilə müqayisə edilə bilən yeni cihazın kiçik bir hissəsinə yerləşdirilir.

“Ardından cihaz USB vasitəsi ilə kompüterə bağlanır və xüsusi proqram vasitəsi ilə analiz aparılır. Beş dəqiqə ərzində COVID-19 nəticələri əldə olunur”, - deyə cihazı hazırlayan şirkətin texniki direktoru bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru