Yer üzündə geri dönülməz fəlakətlə bağlı XƏBƏRDARLIQ

1-12-2020, 02:22           
Yer üzündə geri dönülməz fəlakətlə bağlı XƏBƏRDARLIQ
Cənubi Koreya, Yaponiya, İsveç, ABŞ və Çindən olan alimlər son 20 ildə Yerdəki quraqlıq və istiliyin miqyasının görünməmiş həddə çatdığını deyirlər.

“Science” xəbər verir ki, bu artım Şərqi Asiyanın iqlim sisteminə təsir göstərir.

Mütəxəssislər hesab edirlər ki, bunu təbii dəyişkənliklə izah etmək olmaz və müəyyən bir nöqtədən sonra fəlakətin artması geri dönülməz olacaq.

Araşdırmalar nəticəsində məlum olub ki, keçən əsrin 90-cı illərindən bəri iqlim daha isti və quraq olub. Bu, minilliyin dörddə birində baş verməyib. Monqolustan da daxil olmaqla Şərqi Asiyanın daxili vilayətləri “qaynar nöqtə” olub.

Alimlərin vurğuladığı kimi, bu bölgə onsuz da illik yağıntının aşağı səviyyəsi ilə xarakterizə olunur ki, bu da onu daha yüksək temperaturlara qarşı həssas edir. Son iyirmi ildə istilik dalğaları burada xeyli artıb. Bu da torpağın nəmlənməsinə daha güclü təsir göstərir.

Bundan əlavə, 2014-cü ildə aparılan bir araşdırmaya görə, Monqolustan yaylasında göllərin sayı sürətlə azalır. Bir kvadrat kilometri aşan göllərin sayında 26%, bölgədəki ən böyük göllərin orta sahəsində isə əhəmiyyətli azalma olduğu bildirilib.

Mütəxəssislərin fikrincə, torpaqdakı nəmliyin itməsi bölgənin ekoloji sistemi üçün fəlakətə səbəb olacaq. Bu, bəzi vəhşi heyvanlar üçün ölümcül ola bilər.oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru