Havanı karbon qazından təmizləyən sistem hazırlanıb

16-01-2021, 09:17           
Havanı karbon qazından təmizləyən sistem hazırlanıb
San Dieqoda yerləşən Kaliforniya Universitetinin yeni tədqiqatında alimlər karbon qazını (CO2) havadan çıxaran birbaşa havatutma sistemlərinin (DAC) inkişaf etdirilməsi üçün proqram hazırlayıblar. SİA xəbər verir ki, alınan nəticələrə görə, yeni proqram yaxın gələcəkdə istifadəyə verilsə, qlobal temperaturun səviyyəni 2100-cü ilədək azala bilər. Tədqiqatda dövlət maliyyə dəstəyinin CO2-ni havadan çıxaran DAC havatutma sistemlərinin inkişaf etdirilməsində rolu qiymətləndirilir. San Dieqodakı Kaliforniya Universitetinin kiçik elmi işçisi Rayan Hanna söyləyib ki, firmalar tərəfindən yeni texnologiya ilə iş təcrübəsi tələb olunduğuna görə emissiyaların azaldılması istiqamətində görülən ənənəvi tədbirlərlə müqayisədə DAC sistemi daha başa gəlir. Universitetin Strateji Əsaslar və Qlobal Siyasət Məktəbinin sənaye yenilikləri üzrə professoru, proqramın həmmüəllifi Devid Q. Viktor qeyd edib ki, CO2-nin atmosferdə konsentrasiyası o qədər də yüksək deyil ki, əvvəllər olduğu kimi, onun məhz azaldılması istiqamətində deyil, həm də tamamilə aradan qaldırılması üçün yeni üsullar axtarılsın. Müəlliflər belə qənaətə gəliblər ki, CO2-nin birbaşa havada tutulması proqramı 2025-ci ildə istismara buraxılarsa və dünya ÜDM-dən 1,2-1,9 faiz miqdarında investisiya alarsa, o zaman bu sistem 2050-ci ilədək atmosferi 2,2-2,3 gigaton emissiyadan təmizləyə bilər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.