Donald Tramp gələcək planlarından danışdı

23-01-2021, 09:16           
Donald Tramp gələcək planlarından danışdı
ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, bir qədər sonra özünə hansısa yeni məşğuliyyət tapmaq niyyətindədir.

Teleqraf.com xəbər verir ki, Amerika administrasiyasının sabiq başçısı Palm-Biç özünün qolf-klubunda jurnalistin sonrakı planlar haqqında sualına belə cavab verib.

"Biz nə iləsə məşğul olacağıq, amma indi yox".

Bundan sonra Trampın köməkçiləri jurnalistdən getməyi xahiş ediblər.

Qəzet qeyd edib ki, bu respublikaçının prezident postunda səlahiyyətlərinin başa çatmasından sonra jurnalistlərə ilk açıqlamasıdır. Nəşrin məlumatına görə, cümə axşamı və cümə günü Tramp Mar-a-Laqodakı malikanəsi yaxınlığında yerləşən qolf-klubda olub.

"Ona fasilə lazımdır", - daha əvvəl Tramp haqqında danışan köməkçilərindən biri qeyd edib. "Biz ümid edirik ki, o, sadəcə bir ay ərzində qolf oynayacaq, amma ona daim hərəkətdə olmaq lazımdır", - köməkçi əlavə edib.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.