Şuşa bizim şəhərdir, yoxsa ermənilərin - Corc Tomas Keppeldən cavab

25-01-2021, 03:56           
Şuşa bizim şəhərdir, yoxsa ermənilərin -
Azərbaycan ərazilərinin Rusiya İmperiyasının tərkibində olduğu illərdə Şuşa şəhərində məqsədyönlü şəkildə ermənilər məskunlaşdırılırdı



Ermənistanın Vatikandakı sabiq səfiri, keçmiş Prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan, Baş nazir Nikol Paşinyanın Şuşanın bir Azərbaycan şəhəri olduğunu söyləməsindən bərk qəzəblənib. O qədər qəzəbləndib ki, Minasyan bu barədə “Facebook” səhifəsində iri bir etiraz paylaşıb.



“Paşinyanın Şuşinin Azərbaycan şəhəri olduğunu söyləməsi cəhalətin nəticəsidir. Şuşi həmişə erməni şəhəri olub. Şuşi Nikol Paşinyan və bir qrup türksevər xainə görə Azərbaycanın oldu”, - o bildirib.



Şuşanın “erməni şəhəri” olduğuna “dəlil” olaraq Minasyan, 1897-ci ildə Rusiya imperiyası əhalisinin ilk siyahıyaalınmasının məlumatlarına istinad edir ki, bu yaşayış məntəqəsində 25.881 nəfər yaşayıb ki, bunlardan da 14.420-si erməni, 10.778-i azərbaycanlıdır.



Bununla belə, Minasyan Şuşada hansı millətin nümayəndələrinin daha çox yaşaması barədə nəticə çıxara biləcək daha əvvəlki mənbələrə, niyəsə istinad etmir.



Şuşa 1752-ci ildə Qarabağ Xanlığının qurucusu və ilk hökmdarı Pənahəli xan tərəfindən inşa etdirilib. Hindistanda xidmət etmiş və quru yolu ilə İrana, Moskvaya və Sankt-Peterburqdan keçərək, İngiltərəyə qayıdan Corc Tomas Keppelin qeydlərinə görə, 1824-cü ildə Şuşa əhalisinin dörddə üçü azərbaycanlı idi. O, azərbaycanlıların Şuşanı inşa etdiyini də təsdiqləyir (George Thomas Keppel, «Personal narrative of a journey from India to England», s. 288).



1836-cı ildə dərc edilən “Rusiyanın Qafqazın o tayındakı torpaqlarının icmalı”nda Şuşa qalasının əhalisinin 936 azərbaycanlı ailədən və 762 erməni ailəsindən ibarət olduğu göstərilib. 1847-ci ilin Məlumat Ensiklopedik Lüğətinə görə, Şuşada 940 azərbaycanlı ailədən və 770 erməni ailəsindən ibarət, təxminən 10,200 sakin yaşayırdı.



“Qafqaz təqvimi”nə görə, 1885-ci ildə Şuşada 30.000 nəfər yaşayırdı ki, bunlardan 16000-i azərbaycanlı, 14000-i ermənidir. Ancaq 1897-ci il Ümumrusiya siyahıya alınmasına görə, Şuşa sakinlərinin əksəriyyətinin ermənilər olduğu göstərilir.



Yuxarıda göstərilən məlumatlardan belə nəticə çıxarmaq olar ki, müasir Azərbaycan ərazilərinin Rusiya İmperiyasının tərkibində olduğu bu illərdə Şuşa şəhərində məqsədyönlü şəkildə ermənilər məskunlaşdırılırdı ki, bu da o dövrün tarixi mənbələri tərəfindən təsdiq edilir.



Ancaq buna baxmayaraq, Şuşa hər zaman Azərbaycan mədəniyyətinin mərkəzlərindən biri olub və belə də qalacaq. Bunu işğal illərində belə, Şuşada heç nə tikməyən erməni işğalçıları da başa düşürdülər. Bu şəhər erməni şəhəri olsaydı, ona qarşı belə davranmazdılar…ayna.azшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.