Xəzərdə suyun enməsi daha da intensivləşib

25-01-2021, 06:12           
Xəzərdə suyun enməsi daha da intensivləşib
Son 5 ildə Xəzər dənizində suyun aşağı enməsi prosesi daha da intensivləşib ki, bu da iqlimdə baş verən dəyişikliklər, quraqlıqla əlaqədardır.

“Report” xəbər verir ki, bu barədə AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsini müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Mirnuh İsmayılov bildirib.

O, qeyd edib ki, relyefin xarakterindən asılı olaraq Lənkəranın bəzi yerlərində Xəzərin suyu 2-4 metr çəkilib, Nabranda bu, 200, 300 metr təşkil edir, bəzi ərazilərdə isə çəkilmə daha çoxdur. Xəzərin Neftçala sahillərindən tutmuş, Lənkəranın Nərimankənd qəsəbəsinə qədər olan ərazi relyefdən asılı olaraq, bəzi yerlərdə 2 km-ə qədər geri çəkilib. Abşeron, Sumqayıt, Muxtadır qəsəbəsinədək olan sahələrdə dənizin suyunun çəkilməsi özünü daha şiddətli biruzə verir. Kürdə baş verən məlum səbəblərdən çayın suyu bu il demək olar ki, Xəzərə çatmayıb. Onsuz da az yağıntılı Xəzər regionunda yağışların miqdarının bir az da azalması dəniz suyunun azalmasında öz rolunu oynayıb.

M.İsmayılovun sözlərinə görə su çatışmazlığı yaxın 2-3 il ərzində özünü daha kəskin surətdə biruzə verəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru