Bu dərmanlar koronavirusu sağaltmağa qadir deyil

15-02-2021, 00:09           
Bu dərmanlar koronavirusu sağaltmağa qadir deyil
"Bu dərmanları qəbul edən xəstələr özlərini daha yaxşı hiss etmirlər və yaxud da onlar tənəffüs cihazına bağlanması lazım gələn xəstələrin sayını azaltmağa qadir deyillər"
Hidroksixlorokin dərmanının COVID-19 xəstəliyinə qarşı təsirsiz olduğu üzə çıxarıb.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, bu qənaətə Çin, Braziliya, İspaniya, Tayvan, Böyük Britaniya, Şimali Amerika, Misir və İrandan olan bir qrup alim apardığı tədqiqat nəticəsində gəlib.

Onlar qeyd ediblər ki, öz xüsusiyyətlərinə görə hidroksixlorokin xəstəliyin müalicəsinə və koronavirus infeksiyasından ölüm dərəcəsinə təsir edə bilməz.

Hidroksiklorokin və xlorokin üzərində ümumilikdə 14 tədqiqat aparılıb və onun COVID-19-dan müalicə edib-etmədiyi dəqiqləşdirilib.

Sözügedən tədqiqatların bəzilərini dərmanı istehsalı ilə məşğul olan əczaçılıq şirkətləri maliyyələşdirib.

Analizlər SARS-CoV-2 koronavirus infeksiyasının müalicəsində hidroksixlorokin və xlorokinin istifadəsinin əsassız olduğunu üzə çıxarıb.

"Bu dərmanları qəbul edən xəstələr özlərini daha yaxşı hiss etmirlər və yaxud da onlar tənəffüs cihazına bağlanması lazım gələn xəstələrin sayını azaltmağa qadir deyillər", - deyə tədqiqatçılar bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru