Tarixdə 15 fevral
15-02-2021, 08:06
15 fevral 1796-cı il...
Rusların hərbi hissələri general Savelyevin başçılığı ilə Dərbəndə çatır. Beləliklə çar hökümətinin Azərbaycana qarşı müstəmləkəçilik siyasəti başlanılır.
Qubalı Şeyxəli xan müdafiə üçün qonşu xanlardan kömək istəyir.
Bakılı Hüseynqulu xandan savayı başqa xanlar onun bu müraciətinə cavab vermirlər.
15 fevral 1918-ci il...
Erməni silahlı dəstələri Ənzincan ilə Ərzurum arasında yerləşən bir sıra kəndlərdə - Sansa, Yalnızbağlar, Sipükür, Petriç, Suprivan yaşayış məntəqələrində türk qətliamları törədirlər. Baş verən bu qırğınlarda minlərlə müsəlman öldürülür.
15 fevral 1923-cü il...
Ermənilər Dağlıq Qardabağda qarışıqlıq törədərək Transqafqaz bölgə komitəsinə raport göndərib Dağlıq Qarabağ ermənilərinin Azərbaycana yox, Transqafqaz Federasiyasına bağlanmasını tələb edirlər.
15 fevral 1988-ci il...
DQMV XDS-nin sessiyası SSRİ və Azərbaycan SSR konstitusiyalarına zidd olaraq DQMV-nin Ermənistan SSR-ə birləşdirilməsi haqqında qərar qəbul edir.
15 fevral 1992-ci il...
Müdafiə naziri Şahin Musayev Əməliyyat idarəsinin baş zabiti, leytnant Fəhmin Hacıyevə müdafiə naziri əvəzi və baş qərargah rəisinin səlahiyyətli nümayəndəsi olması barədə vəsiqə verib, onu Ağdama göndərir. Ona eyni zamanda qarşıya çıxan hər hansı çətinlikləri (?) yerindəcə həll etmək hüququ verilir.
15 fevral 1992-ci il...
Silahlı erməni hərbi birləşmələri Xocavənd rayonunun Kəndxurd (Zori Balayanın anadan olduğu kənd) Qağarza, Ağkənd, Aşan, Müşkabad, Ningi və digər ermənilər ayaşayan kəndlərindən rayonunun azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücum edirlər.
Kənd sakinlərinin və köməyə gəlmiş Milli Ordunun 16 əsgərinin səyləri nəticəsində silahlı ermənilər geri çəkilməyə məcbur olurlar.
Döyüşlər zamanı 4 nəfər azərbaycanlı - 3 nəfər kənd sakini - məktəb direktoru Nobil Əliş oğlu Zeynalov, eləcə də Xanalı Həbib oğlu Hüseynov, Altay Məhəmməd oğlu Həsənov və köməyə gəlmiş əsgər Manaf İslam oğlu Dadaşov şəhid olurlar.
Daha 2 nəfər ağır, ölümcül yaralanır...
Cəmil Məmmədli
Teref.az