Nazirlik tikinti şirkətlərini TƏNQİD ETDİ

17-02-2021, 00:27           
Nazirlik tikinti şirkətlərini TƏNQİD ETDİ
“Şəhərin hər hansı bir nöqtəsində, xüsusi ilə gecə vaxtı ağacların kimlər tərəfindən kəsilməsini müəyyən etmək mümkün deyil”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, bir çox hallarda iri tikinti şirkətləri yeni çoxmərtəbəli binaların tikintisi üçün milyonlarla vəsait xərcləyir:

“Amma adi razılaşmadan qaçırlar, aidiyyəti qurumlara müraciət etmirlər”.

“Köhnə binaların sökülüb, yerində yeni binaların tikilməsi vacibdir. Ərazilərdə yaşıllığın köçürülməsi üçün rəy olmalıdır. İri tikinti şirkətləri kiçik məbləğləri ödəməkdənsə, gecə ağacları kəsirlər. Sonra da böyük məbləğdə cərimə edilirlər.

Şirkətlər vaxtında yaşıllığın köçürülməsi üçün rəy almalıdırlar”, - deyə H.Əlizadə qeyd edib. //Modern.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru