PEYVƏNDLƏMƏ NİYƏ LƏNG GEDİR? - Ekspert 3 səbəb göstərir

6-03-2021, 20:17           
PEYVƏNDLƏMƏ NİYƏ LƏNG GEDİR? -
Martın 5-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 27 mindən çox adam vaksinasiya olunub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah martın 6-da məlumat yayıb. Məlumatda qeyd edilir ki, hazırkı dövrədək Azərbaycanda koronavirus infeksiyasına qarşı 390,489 nəfər peyvəndlənmə prosesində iştirak edib.
Xatırladaq ki, Azərbaycanın Çinin "Sinovac" şirkətinə 4 milyon doza vaksin sifariş etdiyi açıqlanıb. Bu 2 milyon əhalinin istifadəsi üçün yetərlidir. Bu vaksinlərin ölkəyə mərhələlərlə gətirildiyi bildirilib. Rəsmi qurumların bildirdiyinə görə, ölkəyə daha 2 milyon əhali üçün də vaksin gətirilə bilər. Hazırda yaşı 50 və ondan yuxarı olan şəxslərə peyvənd vurulduğu bildirilir. Vaksinasiya dövlət hesabına həyata keçirilir.
Vaksinasiya prosesini "AzPolitika.info"-ya şərh edən həkim, farmakoloq Müşfiq Hüseynov bildirib bu, peyvənd edilənlərin sayı olduqca aşağı rəqəmdir.
O, səbəb kimi sürətin aşağı olmasını göstərir və bunu bir neçə səbəblə əlaqələndirir: "Birincisi, vasksinasiya ilə bağlı düzgün qurulmayan piar işidir. Həmişəki kimi KİV-lər bu məsələni əl-üzünə bulaşdırdılar. Əhali arasında kifayət qədər ciddi sayda “vurdurum, vurdurmayım, "gözləyim, görüm nə olur” kimi düşüncədə olanlar var. Bununla yanaşı, “zərərlidir, "sonsuzluq yaradacaq", "birazdan hamı kütləvi qırılacaq” kimi sərsəm və gülməli iddialar da dolaşır. Bu şayiələrin qarşısında heç bir izahat işi aparılmadı".

M. Hüseynov ikinci səbəb kimi ərazi üzrə çox məhdud sayda poliklinikalarda peyvəndləmənin aparılmasnı göstərir. O, hesab edir ki, Bakıdakı bütün xəstəxana və poliklikalarda bunu etmək olardı: "Və ya açıq havada, stadionda, hər hansı klub və ya sarayda kütləvi şəkildə vaksinasiya apara bilərdilər. Elementar nümunə çəkim: dərslər başlandı, amma müəllimlər peyvəndlənmədi. Sonra məktəblər bir-bir bağlanmağa başladı. Məsələn, peyvəndləmə işini elə məktəbin idman zalındaca bütün personal üçün etmək olardı. Bu işə 1 həkim və 1 tibb bacısı yetərlidir".
Həkim üçüncü səbəb kimi peyvənd sifariş verilməsində gecikməni göstərir. "Aparıcı ölkələr milyardlarla doza sifariş verəndə biz oturub gözləyirdik. Sonra isə növbəyə durmalı olduq.
Çox təəsüüf ki, bizim peyvənd istehsal etmək industriyamız yoxdur. Buna görə də aslılı vəziyyətə düşdük. Amma yenə də gec deyil. Şəhəri rayon, ərazi və məhəllələrə bölübinsanları elə açıq havadaca peyvəndləmək olar. Artıq havalar da buna imkan verir. Nə qədər çox insan peyvənd alsa, o qədər tez karantindən çxıarıq",-deyə Müşfiq Hüseynov vurğulayıb.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.