Bu məhsullarımızın Avropaya ixracında problemlər nələrdir?

6-03-2021, 22:30           
Bu məhsullarımızın Avropaya ixracında problemlər nələrdir?
Azərbaycan aqrar məhsullarını əsas 10 ölkəyə ixrac edir. Siyahıda ilk sırada Rusiya qərarlaşıb. Digər aqrar məhsulların ixrac edildiyi ölkələr Türkiyə, İtaliya, Almaniya, Ukrayna, İran, Gürcüstan, Belarus, Qazaxıstan, Polşadır.

Axar.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Məmmədova bildirib.

L.Məmmədova əsas ixrac edilən 10 məhsulun adını açıqlayıb:

“Pomidor, xurma, fındıq, alma, giləmeyvə, nar əsas ixrac edilən məhsullardır”.

O, bu istiqamətdə qeydə alınan problemlərə də diqqət çəkib: “Sertifikatlaşdırma məsələsi, aqrar məhsulların Avropa standartlarına uyğunlaşdırılması ixracda əsas maneə olaraq qalır. Bununla yanaşı, kiçik və orta müəssisələr ixrac əməliyyatları üzrə daşıma xərclərini ödəməkdə çətinlik çəkirlər. Ümumiyyətlə, KOB-lar arasında təşkilatlanma və klaster təcrübəsi yoxdur”.

Xatırladaq ki, 2021-ci ilin yanvar ayı ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac 146 milyon ABŞ dolları təşkil edib. 2021-ci ilin yanvar - fevral aylarında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında xurma (16,7 milyon ABŞ dolları) birinci, pambıq mahlıcı (14,3 milyon ABŞ dolları) ikinci və qabığı təmizlənmiş meşə fındığı (10,2 milyon ABŞ dolları) üçüncü olub.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.