Rusiya şirkətindən Kəlbəcərdəki qızıl yatağı ilə bağlı açıqlama: - “Mədənin yalnız Ermənistan tərəfi işləyir...”

10-04-2021, 11:53           
Rusiya şirkətindən Kəlbəcərdəki qızıl yatağı ilə bağlı açıqlama: -
Bir müddət öncə xəbər verdiyimiz kimi( http://www.dia.az/8/289835-kelbecerin-zod-qizil-yataginda-ne-bash-verir.html), Ermənistan mediasında və sosial şəbəkələrdə Azərbaycan-Ermənistan sərhəddinin Kəlbəcər ərazisindəki Zod-Söyüdlü qızıl mədəni haqda yenidən ziddiyyətli informasiyalar dolaşır.

“Zod qızıl yatağını işlədən Rusiyanın “GeoPromining” şirkətinin nümayəndəsindən yatağın işləyib-işləmədiyini və mədənin gələcəyi ilə bağlı hansı konkret razılaşmaların olduğunu soruşduq. Həmsöhbətimizin sözlərinə görə, Ermənistanın hələ Azərbaycanla dövlətlərarası münasibətləri olmadığından Zod yatağı ilə bağlı dövlətlərarası komissiya yaradılmayıb və sərhəddə rəsmi demarkasiya işləri aparılmayıb. Odur ki, bu barədə indi danışmaq hələ tezdir”.

Moderator.az xəbər verir ki, bunu qəsbkar Ermənistanın “Hetq” nəşri yazıb.

Erməni jurnalistlə söhbətində Rusiyanın “GeoPromining” şirkətinin nümayəndəsi Ruzanna Qrigoryan azərbaycanlıların 30-50 metr geri çəkilməsi faktını təsdiqləyib. Lakin onun sözlərinə görə, bu, hər iki tərəfin bufer zonası yaratmaq üçün qoşunlarını geri çəkməli olduğu ikitərəfli razılaşmaya uyğun olaraq həyata keçirilib.

"Bunun heç bir strateji əhəmiyyəti yoxdur və yalnız bir tampon zona yaratmağı hədəfləyir" –deyə R. Qrigoryan bildirib.

“Rusiya tərəfi Zod mədəni ilə bağlı Azərbaycan tərəfi ilə razılığa gəlməyə çalışırmı?” sualına isə şirkət rəsmisi "Bizim tərəfimizdən Rusiya tərəfinin orada nəyə nail olmaq istədiyi ilə bağlı məsələ müzakirə olunmayıb. Bu barədə heç nə deyə bilmərəm"- cavabını verib.

Ruzanna Qrigoryanın sözlərinə görə, hazırda Söyüdlü-Zod mədəni yalnız Ermənistan ərazisində, özü də qismən və məhdud çərçivədə işləyir. Rusiya şirkəti bu vəziyyəti qorumaq üçün əlindən gələni edir.

P.S. Göründüyü kimi, Rusiya şirkətinin rəsmisi dolayısıyla qızıl yatağının Kəlbəcərdəki, yəni Azərbaycana aid hissəsinin də işğal illərində həmin şirkət tərəfindən istismar olunduğunu etiraf edir. Odur ki, rəsmi araşdırmalardan sonra beynəlxalq qanunlara görə, Azərbaycan dövlətinin əlində Ermənistanla yanaşı, “Geopromining” şirkətini də cinayət məsuliyyətinə cəlb edərək vurulmuş ziyanı ödətmək üçün əlində əsas var...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.