İnsan neçə dərəcə hava temperaturunda sağ qala bilər?
14-05-2021, 07:09
İnsanlar aşağı mənfi və çox yüksək müsbət temperatur diapazonunda yaşaya bilir.
Ümumiyyətlə insanlar 50 °C-dən çox hava istiliyində özlərini kifayət qədər dözümlü hiss edə bilir. Buna baxmayaraq termometr 50+ dərəcəni keçdikdən sonra, qısa müddət ərzində insanların əksəriyyətində ölmək təhlükəsi artır.
Teref.az deyerler.org-a istinadən bildirir ki, daha yüksək temperaturda saatlar və dəqiqələr önəm daşıyır.
Beləliklə, insan, 71 ° C hava istiliyində təxminən bir saat, 82 ° C-də 49 dəqiqə, 93 ° C-də yarım saatdan bir qədər çox, 104 ° C-də isə 26 dəqiqə tab gətirə bilir.
Bundan əlavə, fiziklər, öz üzərilərində təcrübə keçirərək, insanın çox qısa müddətdə (bir neçə dəqiqə) hava istiliyi 160 ° C olan bir otaqda qala biləcəyini sübut edib. Bu vəziyyətdə hava quru olmalı və insan praktik olaraq hərəkətsiz qalmalıdır.