Ermənistanın ikinci Qarabağ müharibəsində itkilərinin sayı artır

28-07-2021, 07:02           
Ermənistanın ikinci Qarabağ müharibəsində itkilərinin sayı artır
Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində itkin düşmüş daha bir hərbçisinin qalıqları tapılıb.
Teref.az xəbər verir ki, Suqovuşanda bu gün aparılan axtarışlar zamanı Ermənistan ordusunun itkin düşmüş hərbçisinin müharibədə məhv edildiyi məlum olub. Hərbçinin meyiti Ermənistana aparılıb. Onun şəxsiyyəti məhkəmə-tibb ekspertizasından sonra məlum olacaq.
Bununla da Azərbaycanın işğaldan azad edilmiş ərazilərində qalıqları tapılan itkin erməni hərbçilərin sayı 1 616 nəfərə çatıb. Qeyd etdiyimiz kimi, bu göstərici yalnız əvvəllər itkin hesab edilən hərbçilərin sayıdır. Ermənistan rəhbərliyi müharibədəki itkilərinin ümumi sayını hələ də gizli saxlayır.

Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru