Birinci Qarabağ müharibəsi iştirakçıları da YAŞAT-a müraciət edə bilər - Hansı xidmətlər üçün? - RƏSMİ

24-09-2021, 00:06           
Birinci Qarabağ müharibəsi iştirakçıları da YAŞAT-a müraciət edə bilər -
YAŞAT Fondu tərəfindən İkinci Qarabağ Müharibəsində ərazi bütövlüyümüzün müdafiəsi ilə əlaqədar şəhid olmuş şəxslərin ailələrinin üzvləri və əlilliyi təsdiq edilmiş şəxslərin müraciətlərinin təmin edilməsi istiqamətində işlər davam etdirilir.

Eyni zamanda, 2021-ci ilin mart ayından etibarən 2020-ci il 27 sentyabr tarixindən əvvəlki dövrdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuş şəxslərin ailə üzvlərinin və əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların da Fondun rəsmi saytında qeydiyyatdan keçərək müraciətlərini yerləşdirmələri üçün imkan yaradılacağı haqqında açıqlama verilmişdi. Bu barədə açıqlamasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirmişdi.

Maraqlıdır ki, hazırda bu imkan Birinci Qarabağ müharibəsi iştirakçıları üçün yaradılırmı?

YAŞAT Fondundan Cebhe.info-nun sorğusuna cavab olaraq bildirilib ki, hazırda Birinci Qarabağ müharibəsinin iştirakçıları da Fonda müraciət edə bilərlər: "Birinci Qarabağ müharibəsi iştirakçıları YAŞAT Fonduna müraciət edə bilərlər. Lakin bu, ancaq müalicə üçün keçərlidir. Digər xidmətlərdən istifadə planlaşdırılmır".

Naibə
Cebhe.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.