Amerikanın eskadra-mina gəmisini Rusiya sularından belə sıxışdırdılar

16-10-2021, 08:23           
Amerikanın eskadra-mina gəmisini Rusiya sularından belə sıxışdırdılar
Rusiyanın "Admiral Tributs" gəmisi eskadra-mina gəmisinə yaxınlaşaraq ondan kursunu dəyişməsini tələb edib. Bildirilib ki, dənizin bu hissəsi Rusiya-Çin təlimləri çərçivəsində gəmiçiliyə bağlıdır.
Sputnik. Rusiya Müdafiə Nazirliyi Amerikanın "Chafee" eskadra-mina gəmisinin Vladivostok yaxınlığında neytral sulara tərəf sıxışdırılması ilə bağlı əməliyyatın videosunu yayıb. Kadrlarda gəminin geri çəkilərək açıq dənizə tərəf üz tutduğu öz əksini tapıb.
Hadisə bu gün, oktyabrın 15-də Moskva vaxtı ilə 17:00-la 17:50 (Bakı vaxtı ilə 18:00-la 18:50) arasında Yapon dənizi hövzəsində baş verib.
Rusiyanın "Admiral Tributs" gəmisi eskadra-mina gəmisinə yaxınlaşaraq ondan kursunu dəyişməsini tələb edib. Bildirilib ki, dənizin bu hissəsi Rusiya-Çin təlimləri çərçivəsində gəmiçiliyə bağlıdır. Amerikalılar isə marşrutu dəyişə bilməyəkclərini deyiblər. Nəticədə "Admiral Tributs" gəmisi amerika gəmisini sıxışdırmağa başlayıb və onların arasında yalnız 60 metr məsafə qalanda "Chafee" geri çəkilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru