Dünyanın ən bahalı boşanma olayı – 450 milyon funt sterlinq

29-10-2021, 12:23           
Dünyanın ən bahalı boşanma olayı –
Böyük Britaniyada İordaniya şahzadəsi Haya Bin əl-Hüseyn ilə Dubay Şeyxi Məhəmməd bin Rəşid əl-Məktum arasında boşanma prosesi başlayıb.

Oxuməni.az xəbər verir ki, İngiltərənin ən böyük boşanma davası kimi təqdim edilən məhkəmə prosesi dünən Londonda başlayıb.

2019-cu ildə cangüdəni ilə eşq yaşadığı iddia edilən Dubaydan Avropaya qaçan 47 yaşlı şahzadə Hayanın Dubay Şeyxindən nə qədər pul istəyəcəyi hələlik məlum deyil.

10 günlük ifadədən sonra Ali Məhkəmə Şahzadə və onun iki uşağı üçün məbləğ müəyyən edəcək. Britaniya mətbuatı boşanma prosesində Dubay Şeyxinin minimum 450 milyon funt sterlinq ödəyə biləcəyi təxmin edilir.

Məhkəmədə Dubay Şeyxini Şahzadə Çarlzın vəkili təmsil edəcək. Keçən ay Şeyx Rəşid əl-Məktumun həyat yoldaşı, vəkili və təhlükəsizlik qrupunun əməkdaşlarının telefonlarını dinlədiyi məlum olub.

Şeyx Rəşid əl-Məktumun altı arvadından ən kiçiyi olan şahzadə Haya 2019-cu ildə təhlükəsizliyindən qorxaraq Londona qaçıb.

Keçmiş İordaniya kralı Hüseynin qızı və İordaniya kralı Abdullahın ögey bacısı olan 45 yaşlı şahzadə Haya uşaqlarına qəyyumluq tələb edib və təhlükəsizliyini əsas gətirərək tədbir görülməsini istəyib.

Qeyd edək ki, 2017-ci ildə Londonda boşanan rusiyalı milyarder Fərhad Əhmədovun həyat yoldaşı Tatyana Əhmədovaya 450 milyon funt sterlinq ödəməsinə qərar verilsə də, bu məbləğ 150 milyon funt sterlinqə endirilmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.