Ata oğlunun toyundan bir gün əvvəl özünü niyə öldürüb? - TƏFƏRRÜAT

29-10-2021, 16:50           
Ata oğlunun toyundan bir gün əvvəl özünü niyə öldürüb? - TƏFƏRRÜAT
Xəbər verdiyimiz kimi, Qax rayonunda 60 yaşlı Nadir Musayev oğlunun toyundan bir gün əvvəl özünü asaraq intihar edib.

Ölkə.Az-ın əldə etdiyi məlumata görə, N.Musayevin psixi problemləri olub.

Yaxınlarının dediyinə görə, N.Musayevdə 2 ay psixi problemlər baş qaldırıb. O, müalicə alsa da, heç bir effekti olmadığı deyilir.

Tanışları N.Musayevin kənddə hörmət edilən, sayılıb seçilən insanlardan olduğunu 2 ay əvvələ qədər hər hansı bir problemi olmadığını söyləyib.

2 övlad atası N.Musayev evinin həyətində sabah oğluna toy edəcəkdi.

Kənd sakinləri vaxtilə mərhumun bacısında da bir müddət psixi problemlər olduğunu söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru