Xərçəng riskini azaldan ədviyyatlar

30-10-2021, 08:43           
Xərçəng riskini azaldan ədviyyatlar
Rusiyalı dietoloq Tatyana Dik xərçəng riskini azaldan beş ədviyyatı qida rasionuna daxil etməyi tövsiyə edib.

Onun sözlərinə görə, kəklikotu, oreqano (Adi qaraqınıq), darçın, adaçayı və sarıkökün tərkibində xərçəng əleyhinə təsir göstərən bir çox antioksidan var.

“Bundan başqa, darçın qan şəkərini aşağı salır və ürək-damar xəstəlikləri riskini azaldır. Sarıkök öz növbəsində, arıqlamağa kömək edir və beyin funksiyasını yaxşılaşdırır”, - deyə mütəxəssis vurğulayıb.

Həkim qeyd edib ki, adaçayı həzm pozğunluğuna kömək edir, kəklikotu soyuqdəymə zamanı, oreqano isə həzm sisteminin işinə müsbət təsir edir.

Mənbə: Mk.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru