Koronavirusun müalicəsi üçün dərman mövcuddur?

30-10-2021, 09:13           
Koronavirusun müalicəsi üçün dərman mövcuddur?
Rusiyalı anestezioloq-reanimatoloq Denis Protsenko koronavirusun müalicəsi üçün effektiv və məqsədyönlü dərman vasitəsinin olmadığını açıqlayıb.

“Müalicə dəyişir, lakin bu, virusun deyil, onun yaratdığı fəsadların müalicəsidir”, - deyə tibb elmləri üzrə fəlsəfə doktoru bildirib.

Mütəxəssisin sözlərinə görə, peyvənd immun sisteminin virusa qarşı hazırlanmasıdır. O, xəstəxanada yatan xəstələrin əksəriyyətinin vaksin vurdurmayanlar olduğunu vurğulayıb.

Protsenko onu da qeyd edib ki, altı aydan sonra COVID-19-a təkrar yoluxma riski var, ona görə də artıq bu xəstəlikdən sağalan vətəndaşlara hər altı aydan bir peyvənd olunmaq tövsiyə olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru