Mütəxəssislər koronavirusun nadir fəsadlarını üzə çıxarıblar

21-11-2021, 09:36           
Mütəxəssislər koronavirusun nadir fəsadlarını üzə çıxarıblar
Koronavirusdan sağalan insanlarda sonradan nadir rast gəlinən fəsadlar üzə çıxa bilər.

"Report" xəbər verir ki, bu barədə rusiyalı immunoloq, tibb elmləri namizədi Nikolay Kryuçkov deyib.

O bildirib ki, COVID-19-dan sağalmış insanlarda sonradan eşitmə sinirinin zədələnməsi qeydə alına bilər.

Koronavirusun ikinci fəsadını xüsusi təhlükəli infeksiyalar üzrə mütəxəssis, tibb elmləri doktoru Vladislav Jemçuqov aşkarlayıb. Tibb mütəxəssisinin apardığı müşahidələr zamanı məlum olub ki, xəstəlikdən sonra beynin yayılmış zədələnməsi yarana bilər, bu zaman mikrotromboz və sistemli iltihab baş verir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru