Məşhur üçlüyün ürəyə ziyanı barədə mif dağıldı

22-11-2021, 07:09           
Məşhur üçlüyün ürəyə ziyanı barədə mif dağıldı
Uzun illər məşhur tibbi nəşr olan “European Heart Journal”-a rəhbərlik edən isveçrəli kardioloq Tomas Luşer şokolad, qəhvə və şərabın sağlamlığa, xüsusən ürəyə mənfi təsirləri haqqında mifi dağıdan çıxış edib.

Cebhe.info "The Guardian"-a istinadən bildirir ki, həkim “Heç kim bu üç məhsulun orqanizmə necə təsir etdiyini dəqiq bilmir, çünki real araşdırma aparılmır”, - deyib.

Luşer bildirib ki, orta dərəcədə şərab istehlakı bədənə heç bir zərər və ya fayda gətirmir:

“Məsələn, gündə dörd fincandan çox içməsəniz, qəhvə faydalı ola bilər. Az miqdarda və minimum şəkərli tünd şokolad da ziyanlı deyil. Eyni zamanda, ağ şokoladı qətiliklə sağlam qida adlandırmaq olmaz”.

Jurnalistlərin Luşerin sözlərinə münasibət bildirmələri üçün digər həkimlərə də müraciət etdikdə, onlar razılaşıblar.

"Amma sağlam ürək üçün sağlam həyat tərzi istehlak etdiyiniz qəhvə, şokolad və ya spirt miqdarından daha vacibdir", - deyə Britaniya Ürək Fondunun baş dietoloqu Treysi Parker vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.