“Rolls-Royce” elektrik təyyarəsi sürət rekordlarını aşır - VİDEO

22-11-2021, 07:12           
“Rolls-Royce” elektrik təyyarəsi sürət rekordlarını aşır -
Britaniyanın “Rolls-Royce” şirkətinin (ən çox təyyarə lüks avtomobilləri ilə tanınır) “Spirit of Innovation” kiçik elektrik reaktiv təyyarəsi öz sinfində dünya sürət rekordunu aşıb.

Şirkətin açıqlamasında bildirilir ki, təyyarə sınaq uçuşu zamanı 623 km/saat sürətə çatıb.

Ümumdünya Aviasiya Federasiyasının müstəqil ekspertizası hələ rekordu təsdiqləməyib, lakin bu doğrudursa, o deməkdir ki, söhbət elektrik təyyarəsinin indiyə qədər çatdığı ən yüksək sürətdən gedir.

Uçuş noyabrın 16-da Uiltşirdəki “Boskom Daun” Hərbi Hava Qüvvələri bazasında həyata keçirilib. Sükan arxasında pilot Fil O'Dell idi, o, uçuşu karyerasında əlamətdar hadisə kimi qiymətləndirib.


“Rolls-Royce” iddia edir ki, şirkətin təyyarəsi Almaniyanın “Siemens” şirkətinin elektrik təyyarəsinin 2017-ci ildə müəyyən etdiyi sonuncu rekordu ötüb. Təyyarə həmçinin 3 000 m-ə qədər qalxma sürətində fərdi rekordları aşıb. Təyyarə bu hündürlüyü 202 saniyəyə yığıb və əvvəlki rekordu bir dəqiqəyə üstələyib.

“Rolls-Royce 400 kilovatlıq elektrik mühərriki ilə təchiz edilib ki, bu da təxminən 535 at gücünə bərabərdir. Şirkət iddia edir ki, təyyarənin akkumulyatoru bütün kiçik təyyarələr arasında ən tutumludur – bu enerji, eyni vaxtda 7 500 smartfonu doldurmaq üçün kifayət edərdi.

“Bu ümumi aviasiya emissiyalarını sıfıra endirmək istiqamətində daha bir mərhələdir”, - şirkətin baş direktoru Yorren İst bildirib.

virtualaz.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.