Koronavirus ölü doğuşa səbəb ola bilər

22-11-2021, 09:23           
Koronavirus ölü doğuşa səbəb ola bilər
Koronavirus infeksiyası hamilə qadınlarda ölü doğuşa səbəb ola bilər.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) portalında dərc olunmuş araşdırmada deyilir.

Elm adamları 2020-ci ilin martından 2021-ci ilin sentyabrına qədər doğuşda olan 1,2 milyondan çox qadının məlumatlarını təhlil ediblər.

Mütəxəssislərin fikrincə, hamilə qadında koronavirusla hipoperfuziya və plasentanın iltihabı baş verə bilər. Həkimlər bildiriblər ki, koronavirus ölü uşaq dünyaya gətirmə riskini 0,98%-ə, mutasiyaya uğramış delta variantı isə 2,7%-ə çatdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru